PDF Oxu

Müxalifət

  • 21

Müsavat divanının toplantısında qalmaqal

Müsavat divanının toplantısında qalmaqal

Partiya funksionerləri İsa Qəmbərə "Milli Şura"dan çıx" şərti qoydular

İyulun 1-də Müsavat partiyası divanının toplantısında qalmaqal yaşanıb. Qalmaqalın səbəbi partiyanın "Milli Şura"dakı təmsilçiliyi ilə bağlı olub. Təşkilatın aparıcı funksionerləri arasında mövcud olan fikir ayrılığı partiyadakı vəziyyətin kritik həddə olduğunu aşkar edib. Daha dəqiq desək, Müsavat başqanı İsa Qəmbərin "Milli Şura"da göstərdiyi mövqesizlik, yəni "vahid namizəd" kimi qəbul olunmaması müsavatçıların etirazlarına səbəb olub. Nəticədə Müsavat partiyasının "Milli Şura"da təmsilçiliyi ilə bağlı gedən savaş özünü divanın sonuncu toplantısında daha açıq şəkildə göstərib.

Arif Hacılının qruplaşması toplantıya etiraz edib

Partiyadakı etibarlı mənbədən qəzetimizə verilən xəbərə görə, mövcud gərgin situasiyanın daha da dərinləşməməsi üçün iclasa ara verən İ.Qəmbər müavini Gülağa Aslanlıya bildirib ki, toplantının davamını ikinci aparsın. Lakin başqanın digər müavini, Müsavat mərkəzi icra aparatının rəhbəri Arif Hacılı etiraz edərək bununla razı olmadığını deyib. A.Hacılı toplantının məhz İ.Qəmbər tərəfindən aparılmasını və partiya fəallarının suallarına şəxsən cavab verməsini tələb edib. O, tələbini onunla əlaqələndirib ki, hazırda Müsavat partiyasının nüfuzu "Milli Şura"da tapdanır və partiya bütövlükdə "şura"dan çıxaraq, seçkilərə qatılmalıdır.

Müsavat ilə AXCP arasında yaşanan qalmaqal "Milli Şura"da davam etdirilir

A.Hacılının tələbini dəstəkləyən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, başqanın müşaviri Mustafa Hacıbəyli və daha bir neçə nəfər funksioner İ.Qəmbərə "Milli Şura"dan çıx tələbi irəli sürərək, onun qarşısında konkret vaxt qoyublar.

Xatırladaq ki, İ.Qəmbərin "Milli Şura"dakı təmsilçiliyi zorən müttəfiq ampluasındadır və o, prezident seçkiləri ilə bağlı partiyanın 4 yanvar Ali Məclisinin çıxartdığı (başqanın namizədliyinin irəli sürülməsi) qərarın qüvvədə qaldığını söyləyib. Onu da qeyd edək ki, "İctimai Palata"nın fəaliyyətinin dayanmasında da məhz "vahid namizəd" probleminin çözülməməsi amili dayanmışdı. Müsavat və AXCP arasında yaşanan qalmaqal isə hazırda "Milli Şura"da davam etdirilir.

Mübariz QULİYEV

Digər xəbərlər