PDF Oxu

Müxalifət

  • 25

Eldəniz Quliyev sərt ittihamlar qarşısında

Eldəniz Quliyev sərt ittihamlar qarşısında

"EL" hərəkatı sədrinin müavini Eldəniz Quliyev VİP sədri Əli Əliyevin, ADP sədri Sərdar Cəlaloğlunun, DİP sədri Asim Mollazadənin və "Azadlıq" partiyasının sədri Əhməd Orucun adını çəkərək onları hakimiyyətə yarınmaqda ittiham edib: "Baxın, Əli Əliyev deyir ki, Eldar Namazovla Rüstəm İbrahimbəyov həbs edilməlidir. Bu, nədən xəbər verir? Bu təmizlənmə və durulma prosesidir.

Lakin "EL" hərəkatının, eləcə də "Milli Şura" təmsilçisinin ittihamaları cavabsız qalmayıb. Belə ki, E.Quliyevi xəyanətkarlarla işləməkdə ittiham edilib və onun cavabı dərhal verilib. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə söyləyib ki, Eldəniz Quliyevin barəsində dedikləri fikirdən narahat deyil: "Mən onun fikirlərini şərh etmək istəmirəm. Burada heç bir şəxsi məsələ ola bilməz. Çünki mən heç E.Quliyevi tanımıram".

A.Mollazadə onu da bəyan edib ki, Söyün Sadıqov vətəndaşı olduğu ölkənin sifarişlərini yerinə yetirir: "Bu adam Rusiya vətəndaşıdır və vaxtı ilə Rusiyanın xüsusi xidmət orqanlarında çalışıb. İndi də bu ölkəyə bağlıdır. Mən ümumiyyətlə, xarici ölkə vətəndaşlarının Azərbaycanın daxili siyasətində rol oynamasını qəbul etmirəm və bu, doğru deyil. Azərbaycanın daxili siyasətini azərbaycanlılar və Azərbaycan xalqı müəyyən etməlidir. Qonşu dövlətlər də gedib öz problemləri ilə məşğul olsunlar. E.Quliyev isə belə insanları müdafiə edir. Deməli, onun özünü ortaya atmasının bu işlərlə bağlılığı var".

Sərdar Cəlaloğlu: "Eldəniz Quliyev kimilər müstəqilliyimizin düşmənidirlər"

ADP sədri Sərdar Cəlaloğlu isə deyib ki, hələ SSRİ zamanından müxalifətdə olub: "O zaman nə indiki hakimiyyət var idi, nə də E.Quliyev siyasətdə var idi. İkincisi, rusların Azərbaycanın işğal siyasətinə xidmət etməkdənsə, iqtidarı müdafiə etmək daha şərəflidir. E.Quliyev bilsin ki, onun kimi insanlar bu xalqı anti-istiqlal xətti ilə aparmaq istəyir. Bu keçməyəcək. Nə qədər ki, biz sağıq, heç bir qüvvə Azərbaycanın istiqlalına əl uzada bilməyəcək. Nəhayət, E.Quliyevin müxalifətçilik fəlsəfəsinin nədən ibarət olduğunu Azərbaycanda hamı bilir. Bu adam "Talış-Muğan Respublikası"nın rəhbərlərindən biri olub. Bu isə iqtidara deyil, Azərbaycan dövlətçiliyinə müxalifətçilikdir".

R.HÜSEYNOVA

Digər xəbərlər