PDF Oxu

Müxalifət

  • 29

Sərdar Cəlaloğlunun əslən azərbaycanlı olması sual altındadır...

Sərdar Cəlaloğlunun əslən azərbaycanlı olması sual altındadır...

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, ixtisasca həkim olmasına baxmayaraq, tarixdən də başı çıxırmış. Yəni bu "hərtərəfli" inkişaf etmiş insan tarixi şəxsiyyətləri sankı qaralamaqla məşğuldur. Onun fikirincə, nə tarixi şəxsiyyətlər düz iş görüb, nə onları oxuyanlar, nə onlar haqqında yazanlar. Bu "çoxbilmiş" insan isə nədənsə hər kəs haqda yalan informasiya yaymağı özünə borc bilir. O, yazıçılardan tutmuş tarixi şəxsiyyətlərə qədər hər kəsdə nöqsan tapa-tapa gedir.

S.Cəlaloğlu Səməd Vurğunu Qacarı bir fars hökmdarı, işğalçı, qaniçən kimi təsvir etdiyini, Vaqifi ruslarla separat əlaqəyə girməkdə günahlandırır. O, yazıçıları tarixi tərsinə çevirməkdə ittiham edir: "Ağa Məhəmməd şah Qacar kim olub? Səməd Vurğunun yazdığı kimi qəddar iranlı işğalçı, yoxsa böyük türk sərkərdəsi? Sovet dövründə şah Qacar haqda təsəvvürlər daha çox Səməd Vurğunun və Molla Pənah Vaqif haqqında yazdığı pyes əsasında formalaşdığını dilə gətirən S.Cəlaloğlu həmin pyesdə fars meyilli bir dövlət adamının obrazı yaradılmışdı. Amma zaman keçdi və Qacara munasibət də dəyişməyə başladı. Əslinə baxsan, tək Qacarı yox, Nadir şahı tanıyırıqmı? Ən çox sevdiyimiz Şah İsmayil Xətaini şah kimi tanıyırıqmı? SSRİ-nin tərkibinə daxil olandan sonra siyasi keçmişimizin olmaması ilə bağlı bizi hazırlayıblar".

Məhkəmə tibbi-eksperti olan S.Cəlaloğlu nə üçün tarixi şəxsiyyətlərimizin və qiymətli yazıçılarımızı öz təfəkkürünün ekspertizasından keçirir? Demək, bu boyda məmləkətdə S.Cəlaloğlu kimi həkimdən biz tarix dərsi almalıyıqmış. Bu boyda tarixçilərin görmədikləri və fərq etmədikləri "tarixi qüsurlar"ın fərqinə varan insanı hətta "tarix elminin atası" adlandırmaq olar.

ÜLKƏR

Digər xəbərlər