PDF Oxu

Müxalifət

  • 22

"Milli Şura"ya alternativ qurum yaradılır

"Milli Şura"ya alternativ qurum yaradılır

Ötən ilin avqustunda 17 müxalif siyasi partiyanın iştirakı ilə görüş keçirildi və görüşün nəticəsi olaraq, növbəti qurum - "Demokratik Qüvvələrin Məşvərət Məclisi" ("DQMM") adında "birlik" təsis olundu. Həmin zamanlarda artıq bu gün fəaliyyətini dayandırmış "İctimai Palata" ("İP") da mövcud idi və siyasi analitiklər "DQMM"-i, "İP"-ə alternativ kimi təqdim edirdilər. Lakin maraqlı cəhətlərdən biri də odur ki, müxalifətdə daha perspektivli görünən "İP"-in ömrü "DQMM"-dən qısa oldu. Beləliklə, hazırda "DQMM" yeni müxalifətdaxili "birliyə" - "Milli Şura"ya qarşı iddialarını ortaya qoymaqdadır.

Divan partiyalarının fəaliyyətləri görünmür

"DQMM"-da isə əsasən divan partiyaları (siyasi leksikonda divan partiyaları üzvlərinin hamısı bir divanda əyləşən siyasi təşkilatlara, "cırtdan"lara deyilir-A.T.), cəmiyyətdə tanınmayan "cırtdan" təşkilatlar təmsil olundular. Məsələn, onların arasında elələri vardı ki, məsələn, "Azad Azərbaycan" və digər partiyaları cəmiyyətdə tanıyan, onunla hesablaşan yoxdur. Ümumiyyətlə, "Demokratik Qüvvələrin Məşvərət Məclisi"nin bəzi üzvləri gündəmə gəlmək üçün uğursuz manevrlər etsələr də, bütün bunlar gözlənilən effekti vermədi.

Bu arada qeyd edək ki, iyulun 2-də "Demokratik Qüvvələrin Məşvərət Məclisi" Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin rəhbərliyi ilə iclas keçirib. Tədbirdə "DQMM-nın prezident seçkiləri ərəfəsində fəaliyyət proqramı" qəbul olunub. Amma bütün bunlar qurumun seçkiyə az qalmış arxivə gömüləcəyini deməyə əsas verir.

Başqa tərəfdən, qurumun "Milli Şura" adlı qondarma "birliklə" də münasibətləri göz qabağındadır. Hazırda "DQMM" təmsilçiləri "şura"nın atdığı hər bir addımını ciddi tənqid edir, onun təmsilçilərini xəyanətdə suçlayırlar. Söz yox ki, öz daxilində də uğursuzluqlar yaşayan qurum ayaqda qalmaqdan ötrü müəyyən təsirlər göstərməyə çalışır. Lakin görünən budur ki, "İctimai Palata"nın siyasi məhvi həm "DQMM"-i, həm də "Milli Şura"nı gözləyir.

Afət TAHİRQIZI

Digər xəbərlər