PDF Oxu

Müxalifət

  • 16

Tahir Kərimli: “Heç bir halda xalq “Milli Şura”-nın ətrafında birləşməyəcək"

Tahir Kərimli: “Heç bir halda xalq “Milli Şura”-nın ətrafında birləşməyəcək"

" "Milli Şura"nın üzvləri əsaslı sosial baza yarada bilmədiklərinə görə, xaricdən havadarlar axtarışındadırlar". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli "Milli Şura"nın üzvlərinin xarici ölkələrə səfər etmələrinə dair məsələyə münasibət bildirərkən deyib.T.Kərimli vurğulayıb ki, müxalifətin xarici ölkələrə səfərləri təkrar olunan ssenaridir: "Heç bir halda xalq kütləsi "Milli Şura" və bu qurumda təmsil olunan partiyaların ətrafında birləşməyəcək. "Milli Şura"-nın üzvləri dayaqlarını xaricdə axtarmaqla həm daxilə mesaj vermək, həm də guya onların dünyada tanındığını, nüfuza sahib olduqlarını bəyan etmək istəyirlər. Məhz bu səbəbdən bu yolu tutublar. Amma "Milli Şura" da "İctimai Palata" kimi vaxtından tez qocalaraq sıradan çıxacaq".

sia.az

Digər xəbərlər