"Bu insanların əsas məqsədi hakimiyyətə gəlməkdir. Hər bir siyasi qüvvə əgər seçkiyə qatılırsa və buna iddiası varsa, həmin insan çalışır ki, həm beynəlxalq arenada, həm də daxildə təbliğat aparıb özünün hakimiyyətə layiq olduğunu sübut etsin". Bunu SİA-ya Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa "Milli Şura" üzvlərinin seçkilər öncəsi xaricə üz tutaraq öz havadarlarından kömək ummasına münasibət bildirərkən söyləyib.Partiya sədrinin sözlərinə görə, Müsavat və AXCP partiyaları arasında yaranan intriqalar, çəkişmələr onların gündəmdə qalmalarına və ictimai fikirin diqqətini özlərinə cəlb etmələrinə hesablanıb: "Əslində bütün bunların hamısı imitasiya xarakteri daşıyır. Azərbaycanda faktiki olaraq müxalifət cınahında hakimiyyətlə rəqabət apara biləcək gücdə partiya qalmayıb. Ümumiyyətlə isə bu insanların nə qərarlar qəbul etdiyi, məni maraqlandırmır"Deputat Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməməsi məsələsinə də aydınlıq gətirib: "Yəqin ki, Rüstəm İbrahimbəyov özü kənardan öz mövqeyini bildirməyə üstünlük verib. Bu, onun öz seçimidir. Hesab edirəm ki, bu insan Azərbaycana gəlsə, hər hansı bir problem yaşamayacaq".
sia.az