"Müxalifət düşərgəsinin müəyyən qisminin təmsil olunduğu qondarma milli şura xarici himayədarların diqtəsi ilə yaranıb və bunu ictimaiyyətimiz də bilir".Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib. O qeyd edib ki, 20 illik siyasi fəaliyyəti dövründə müxalifətin bir mövqedən çıxış etməsi, düşərgənin bir namizədin adı ətrafında birləşməsi halı müşahidə olunmayıb: "İndiki halda onların xarici bir ölkənin vətəndaşının adı ətrafında siyasi manevr etmək iddiaları isə başqa mətləblərdən xəbər verir. Müxalifətin qondarma milli şuranı dəstəkləyən kəsimi dünənə qədər Rüstəm İbrahimbəyovu az qala cəmiyyətimiz üçün arzuolunmaz şəxs kimi qələmə verirdi. Necə oldu, müxalifətin qondarma şuranı dəstəkləyən qanadı indi ona "ağ atlı" kimi baxası oldu? Buradakı təzad məhz kənar qütblərin göstəriş və iddiaları müstəvisində dəyişə bilir. Məhz qondarma şuranın üç aparıcı nümayəndəsinin yəni, R.İbrahimbəyovun, Eldar Namazovun və Eldəniz Quliyevin eyni vaxtda ayrı-ayrı ölkələrə çağırılmaları "Milli Şura"-nın və onun üzvlərinin asılılıq dərəcəsini bir daha ortaya qoymuş oldu".
sia.az