Fəhmin Hacıyev: "Bu gündən etibarən AXCP üzvlüyündən və partiya sədrinin müşavirliyindən istefa verirəm"
AXCP-nin qara günlərinə daha bir səhifə yazılıb. Partiya yenidən parçalanır və bu parçalanma əvvəlki parçalanmalar qədər güclü və sürətlidir. Partiya sıralarından bir-birinin ardınca üzvlərin istefa verməsi ondan xəbər verir ki, partiya daxilində özbaşınalıq hökm sürür və bu özbaşınalıq partiya sədri Əli Kərimli ilə partiya üzvləri arasında qarşıdurmalardan yaranır. Nəticədə də partiya üzvləri Ə.Kərimlinin mürdəşiryumuş üzünü görməmək üçün partiyadan istefa verirlər. Elə AXCP üzvləri də mürdəşirlikdə partiya sədrindən geri qalmırlar. Çünki bu partiyadan ayrılan hər bir üzv, xüsusən də, partiya sədrinin müavinləri və ya müşavirləri özləri üçün partiya yaratmaq eşqinə düşürlər və yaradırlar da.
"Bəlkə də yeni partiya təsis edilməsi gündəmə gələ bilər"
Bu başıboşların hər biri elə düşünür ki, güya bunlar ağıllı, savadlı insanlardır və güya xalq bunları dəstəkləyir. Belə xülyalarla yaşamaqlarına baxmayaraq, yaxşı bilirlər ki, xalq onlara nifrət edir və heç birisinin partiya yaratmasına dəstək vermir. AXCP üzvlüyündən və partiya sədrinin müşavirliyindən imtina etdiyini bildirən Fəhmin Hacıyev Ə.Kərimliyə olan nifrətini, qəzəbini, kinini artıq açıq şəkildə bildirir. F.Hacıyevlə AXCP sədri ilə aralarındakı qızğın mübarizə hələ ki, F.Hacıyevin partiyadan istefası ilə nəticələnib. Lakin daha sonra onların arasına qan düşmənçiliyinin düşməsi də reallaşa bilər. Çünki bu insanların arasında pul problemi mövcuddur. Ə.Kərimlinin mənimsədiyi "qara pulların" siyahısını dəqiq bilən F.Hacıyev, onun pulunu kəsdiyi üçün AXCP sədrini hədələyib.
Bu cür biyabırçı işlərlə məşğul olan AXCP rəhbərliyi və üzvləri özlərini daha da gözdən salmış olurlar.
"Milli Şura" yarananda palataya üzv olmaq arzum bəzi insanların çəkişməsi ucbatından alınmadı"
F.Hacıyev bu fikri ilə bir daha onu təsdiq etdi ki, "Milli Şura" yarananda Ə.Kərimli və başqa partiya üzvləri ilə aralarında olan dava-dalaş nəticəsində onu bu quruma üzv qəbul etməyiblər. O, bunun səbəbini də yenə AXCP sədrində görür. Onların arasında olan düşmən münasibətə bu yaşanmış gərginlik də öz tövhəsini verib.
Cahid Süleymanov