2005-ci ildə eks-spiker Rəsul Quliyevin Azərbaycana gəlmək istəyi Sərdar Cəlaloğlunu əməlli-başlı kədərə qərq eləmişdi. Müavin kimi oturduğu stulda özünü narahat hiss edən S. Cəlaloğlu gecə-gündüz çalışırdı ki, R.Quliyevin bu xülyası elə xülya olaraq qalsın.
Yadımdadır, 2005-ci ilin yaz aylarında S.Cəlaloğlu qardaşı Q.Məmmədovla birlikdə "Təfəkkür" Universitetindən 3 tələbəni ADP-yə cəlb edə bilmişdilər. Daha doğrusu, həmin vaxt S. Cəlaloğlu yeni qəzet açırdı, guya jurnalistika fakultəsinin tələbələrini də işə çağırırdı. Sonda başqa mətləblər ortaya çıxdı, amma bu başqa məsələdir. ADP ilə ali məktəb tələbələri arasındakı vasitəçi isə S, Cəlaloğlunun oğlu Cavid həyata keçirmişdir.
"Mən onunla ailəvi dostam"- bu ifadə S.Cəlaloğlunun leksikonunda olan ən vacib cümlədir. Kimin adını çəksən ilk olaraq bu cümlədən başlayır, dalını da özünüz düşünün. Tanıdı, tanımadı.
Artıq illərdir ki, S. Cəlaloğlu R. Quliyevi ağ yuyub-qara sərir, o əcayib heyvan və meyvə yoxdur ki, onu R.Quliyevə bənzətməsin. R,Quliyev də ona cavab verir ki, "bəs vaxt var idi, o meyvələrdən dadırdın?" O- bu, Sərdarın qılıncının üzü çevrildi Rəsula tərəf. Mətbuatda elə bir gün yoxdur ki, Rəsul onun qəzəbinə tuş gəlməsin, müxtəlif adlarla "tərif" olunmasın. Ancaq S. Cəlaloğlu 2 gün əvvəl dedi ki, "Milli Şura" da 2 təmiz adam varsa, onun biri Rəsul Quliyevdir."
Daha deməyə söz də yoxdur. Ya Sərdarın pulu qurtarıb, ya da münasib tapşırıq alıb ki, belə desin. S.Cəlaloğlu mal həkimidir. Ancaq siyasətlə ADP-çi xəstələrlə davrandığın kimi davranmaq olmaz. Xəstəyə yazıb verdiyin reseptlə, siyasi proseslərə verdiyin proqnoz mahiyyətcə eyni deyil. Çünki eyni xəstəliyə bütün həkimlər eyni yerdən baxıb eyni dava-dərman yazırlar. Ancaq siyasətdə hər şey gözlənilməz olur.
Bunu S.Cəlaloğlu özü də anlayır ki, ortada çaş-baş qalıb. Düzdür, aylıq pulunu alır, ancaq partiya sədri kimi də heç olmasa ortaya qoyulmalı olan mövqeni sərgiləyə bilmir. Ümumiyyətlə, bizim siyasi partiyalarımız siyasətdən başqa hər işlə məşğuldurlar, açıq siyasi mübarizədən başqa hər deşiyə burunlarını soxurlar. Məsələn, ADP sədri S.Cəlaloğlu siyasi partiya sədri olsa da, işi-gücü şairləri oxuyub, Qazan xanı, Koroğlunu varaqlayıb boş-boş danışmaqdır. O, əvvəl həkim, sonra siyasətçi, indi isə ədəbiyyatçı kimi özünü daha çox göstərir.
Müsavat başqanı İsa Qəmbəryan xarici donor təşkilatlara qrant layihəsi yazmaqla, ermənilərlə iş biryini qurmaqla məşğuldur. AXCP sədri Əli Kərimlinin məsələsi aydındır, ayıbdır danışmayın! Əhsən, bizim parytiya sədrlərimizə, yeni istedadları ortaya çıxır.
2005-ci ildə S.Cəlaloğlunun 51 yaşı var idi. Bu yaşda o, Rəsula uşaq kimi aldana da bilməzdi. 2008-ci ildə yenidən barışıq əlini uzatdı, bu da az yaş və təcrübə deyil. 2010-cu ildən sonra o, Rəsulun tufaqını əməlli-başlı dağıtmağa başladı və ona dişinin dibindən çıxanı dedi. Bəs indi nə oldu!? İndi də R.Quliyevi siyasətdə ən təmiz adam adlandıran Sərdarın aşının nəyi çatışmır görəsən!? İ.Ağazadə ilə yeni bir blok yaradıb özlərini partizan kimi aparan bu siyasətçilərin məqsədləri olsa da ancaq bu məqsəddən nə qədər uzaqda olduqlarını da gözəl başa düşürlər. Ancaq biz də onları başa düşürük. Xüsusilə də, Sərdar Cəlaloğlunu.
Samir
P.S. Sərdar bəy, deyirlər Rəsul Quliyevin dişi tökülüb. Siz bu haqda Aşıq Ələsgərdən bir misra deyə bilərsinizmi!?