Əli Oruc: "ALP, ACP və BAP "Milli Şura"da ola-ola başqa bir qurum yaratmaları "Milli Şura"ya, onun perspektivinə inanmadıqlarının əlamətidir"
Dağıdıcı müxalifət daxilində tez-tez qarşıdurmaların şahidi oluruq. Hətta bu qarşıdurmalar heç səngimirdə. İstər "Milli Şura"da təmsil olunan partiyaların, istərsə də "Məşvət Məclisi"nin tərkibindəki partiyaların bir-birlərinə təhtidlər, tənqidlər, təhqirlər söylədikləri açıq-aşkar bəllidir. Növbəti döyüş Azadlıq Partiyasının sədri Əhməd Orucla, AMİP, ACP, BAP, ALP, XAP arasında başlayıb. Belə ki, Ə.Oruc onunla eyni qurumda təmsil olunan bu partiya rəhbərləri haqqında açıb ağzını, yumub gözünü: "Bu partiyalar öncə istəyiblər ki, Azadlıq partiyasını "Məşvərət Məclisi"ndən çıxarsınlar. Bu variantda konsensusa gəlmək mümkün olmayıb. Bundan sonra qərara gəliblər ki, Əhməd Orucu kənarda qoyan yeni birlik yaradılsın. Nəticədə məlum gülünc addımı atıblar. Onlar "Məşvərət Məclisi"ndə çoxluqda olsalar da, üz-üzə oturub istəklərini birbaşa mənə deməkdən çəkiniblər".
Bu fikirləri ilə adları çəkilən partiya üzvlərinin ondan qorxduqlarını bildirən Ə.Oruc bu partiya sədrlərinin işə yaramaz, qorxaq, fərəsətsiz olduqlarını bildirib. Bu partiyaların atmaq istədikləri addımın gülünc olduğunu deyən Ə.Oruc özü yəqin ki, fil qulağında yatdığını unudub. Əlbəttə, məlumdur ki, "Məşvərət Məclisi"ndə təmsil olunan partiyalar siyasətdən başı çıxmayan insanların nəzarətindədir. Elə Azadlıq partiyası sədri də özünün siyasətdən başı çıxmadığını düşdüyü gülünc vəziyyətlə etiraf edir.
"Milli Şura"nın yaranması ilə bağlı İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov arasında danışıqlar gedən zaman "Məşvərət Məclisi" qərar qəbul etdi ki, "Milli Şura" Rusiyanın bəzi dairələrinə bağlı olduğu haqda qaranlıq məqamlar olduğu üçün belə birliyin yaranmasına qarşıdır və onun yaranmasını Azərbaycanın maraqlarına zidd hesab edir"
Ə.Oruc "Məşvərət Məclisi"ndə təmsil olunan partiyaları bir məsələdə də günahlandırır ki, bu partiyaların sədrləri heç vaxt müstəqil, sərbərst qərarlar qəbul edə bilmilər. "Çünki ACP, ALP və AMİP-in sədrlərinin başlarının üstündə "liderlər" var" deyən AP sədri, onların müstəqil qərar qəbul etməkdə qorxularının olduğunu söyləyir.
Sonda onu qeyd edək ki, dağıdıcı müxalifət dəhşətli dərəcədə biyabırçı vəziyyətdədir. Onlar hər gün gördükləri işlərlə, özlərini daha da ifşa edir və düşdükləri pis vəziyyəti, bərbad durumu daha da ağırlaşdırırlar.
Cahid Süleymanov