PDF Oxu

Müxalifət

  • 18

"AZADLIQ" QƏZETİ SÖZ AZADLIĞINDAN SUİ-İSTİFADƏ EDİR

"AZADLIQ" QƏZETİ SÖZ AZADLIĞINDAN SUİ-İSTİFADƏ EDİR

Ötən günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, "Azadlıq" radiosunun bəzi proqramlarının peyk yayımı çətinliklə üzləşib və o, bu məsələni Azərbaycan höküməti ilə müzakirə etdiyini və buna dair kömək istədiyini bildirib. Azərbaycanda mövcud söz azadlığından sui-istifadə edən "Azadlıq" nəşri isə bu halı özünəməxsus şəkildə şərh edərək, bunun "jamming" adlanan praktikaya əsasən əngəlləndiyini vurğulayıb. Yəni hakimiyyət kosmik peyk vasitəsi ilə guya qəsdən "Azadlıq" radiosunun yayımına təsir göstərir və onun yayımını çətinləşdirir. "Azadlıq" radiosu bu kimi problemlərin texniki nasazlıq kimi qəbul etmir və olduqca absurd fikirlər səsləndirir. Əslində radionun məsələyə bu cür yanaşması məhs böhtan xarakter daşıyır. Belə ki, "Azadlıq" qəzetini "Aykakan", "Jmanak", "Panarmenian" kimi erməni qəzetləri ilə müqayisə etsək, görərik ki, erməni mətbuatında Azərbaycan təəssübkeşliyi onunkundan daha çoxdur.Belə ki, ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrell "Azadlıq" radiosunun peyk yayımlarının Azərbaycan hökuməti tərəfindən əngəllənməsinə dair xəbərlərə reaksiya verib: "Biz düşünürük ki, "Azadlıq" radiosu Azərbaycanın media məkanına töhfə verən mühüm media orqanıdır. Onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır". Cənab Ventrell əlavə edib ki, ABŞ Azərbaycanda media və söz azadlığını tam dəstəkləyir.Qeyd edək ki, ABŞ-ın ən qapalı xüsusi xidmət orqanı olan Milli Təhlükəsizlik Agentliyinin (MTA) izləmə sisteminin fəaliyyətinin müfəssəl sxeminin olması hər kəsə məlumdur və bunları nəzərə alaraq, yaxşı olardı ki, cənab səfir "Azadlıq" radiosu üzərində səbəbsiz tədqiqatlarından əvvəl "böyük söz azadlığından" xəbər verən "Assoşeyted Press"in əməkdaşlarının telefon danışıqlarının dinlənilməsindən, Facebookdakı qrupların qapadılmasından və bəzi müstəqil internet saytlarının fəaliyyətinin dayandırılmasından narahatlığını ifadə etsəydi yaxşı olardı.

EDVARD SNOUDENIN ABŞ-LA BAĞLI SENSASIYALI IFŞALARI

MKİ-nin keçmiş əməkdaşı 30 yaşlı Snoudenin qalmaqalı və onun ifşa edici fəaliyyətinin nəticələri, daha da geniş miqyas almaqda davam edir. "İnter-faks" xəbər agentliyinin məlumatına əsasən, jurnalist Qlenn Qrinvald əvvəllər Snoudenlə bağlı minlərlə məxfi sənədin olduğunu bildirib.Məlum olduğu kimi, ABŞ hakimiyyəti hesab edir ki, Snouden öz hərəkətləri ilə öz ölkəsinin müdafiə qabiliyyətinə xeyli ziyan vurub və onu özəl internet-məlumatları bütün dünyaya oxunması üçün məxfi proqramlar haqqında informasiyanın açıqladığında təqsirli bilinir. Snouden özü isə bəyan edir ki: "Mən zənginləşməyə can atmıram və ABŞ-ın sirlərini satmıram. Mən öz təhlükəsizliyimi təmin etmək üçün belə heç bir hansısa xarici hakimiyyətlə işləmirəm. Bu təcavüz şəraitində bəzi ölkələr, o cümlədən Venesuela, Boliviya, Nikaraqua və Ekvador mənə kömək və sığınacaq təklif ediblər. Mən onlara və Rusiyaya təşəkkürümü bildirirəm ki, onlar insan hüquqlarının pozulmasına qarşı ilk olaraq çıxış edirlər. Lakin bəzi Qərbi Avropa və Şimali Amerika ölkələrində qanundankənar hərəkət etməyə hazır olduğunu nümayiş etdirib və bu təhlükə mənə Latın Amerikasına getməyə imkan vermir".Eyni zamanda, İsveç Kral akademiyasının üzvü elmlər universitetinin sosiologiya professoru Stefan Svallfors Umeo "Şeremetyevo" hava limanının tranzit zonasında bir ölkənin ona dünyanın Nobel mükafatına siyasi sığınacaq verəcəyini gözləyir. Professor hesab edir ki, ABŞ-ın MTN izləmə sisteminin casusluq fəaliyyətinin ifşa olunmasında səy göstərdiyinə görə, Snouden bu hüquqa layiqdir.

Ülkər

Digər xəbərlər