PDF Oxu

Müxalifət

  • 25

Buraxın, ayə üstümə İrasim gəler!?

Buraxın, ayə üstümə İrasim gəler!?

Və ya Helsinkinin ucuz şorbası

Müxalifət hələ də elə bilir ki, hansısa komissiya, təşkilat, QHT onlara kömək edə və ya hakimiyyəti dəyişə bilər. Əsil bədbəxtçilik də elə budur. Müxalifət daş atıb baş yarır ki, Vaşinqtonda Azərbaycanla bağlı keçirilən dinləmələrdə ölkəmizi biabır ediblər, guya Rüstəm kişiyə görə hakimiyyəti tənqidi ediblər və daha nələr. Əvvəla, okeanın o tayı haqqında belə əminliklə danışmaq çox asandır. İkincisi, müxalifət dövlətçiliyimiz əleyhinə səslənən fikirlərə görəmi sevinir!?

Helsinki Komissiyasının keçirdiyi dinləmələrdə azərbaycanlılardan başqa ABŞ senatorları da iştirak edib. Həmin senatorlar ki, qondarma erməni soyqırımı layihəsinin təşəbbüskarları olublar. Müxaifət bunu düşünübmü!?

Helsinki Komissiyası ilə eyni vaxtda "Freedom House" və "ARTİCLE-19" təşkilatları da hesabat yayaraq Azərbayacana qarşı yenidən qərəzli mövqedən çıxış etdilər. Bu da təsadüfi deyil. Hər seçki ərəfəsində belə hallar olur. ABŞ-ın özü seçki ərəfəsində o qədər ciddi tənqidlərə məruz qalır ki, adamın başı gicəllənir. Ancaq ABŞ bütün bunları təbii hal və düşmənlərin qızışması kimi dəyərləndirib, soyuqqanlı yanaşa bilir.

Tütəyini əlinə alıb "Azərbaycanı harda söyürlərsə, ora qaçaq" prinsipi ilə yaşamaq, hər seçki ərəfəsində erməni mövqeyinə işləmək müxalifətə başucalığı gətirməyib, nə də gətirməyəcək. İsa Qəmbər deyir ki, Helsinki Komissiyasının dinləmələri ciddi bir şeydir, ona görə də Azərbaycanın ABŞ-dakı səfiri, senatorlar iştirak edirdi. Yəqin İsa Qəmbər protokol qaydalarını unudub. Azərbaycan səfirinin və deputatların dinləmələrdə iştirakı rəsmi protokol qaydadır, əgər ölkəmizlə bağlı dinləmə keçirilirsə, Azərbaycanı xaricdə təmsil edən şəxslər iştirak etməlidirlər. Bu, həm də Azərbaycan tərəfinin siyasi mədəniyyət göstəricisidir. Daha nəyə lazım don biçmək?! Heç olmasa sizlərin vicdanınız olsun, dəfələrlə görmüsüz ki, bu cür dinləmələrdə, hesabatlarda Azərbaycan o qədər qərəzli tənqid olunub ki, hətta Ermənistan bizə nümunə kimi göstərilib. Sizcə, bu cür sayıqlamalar necə qərəzsiz və həqiqi ola bilər?

Özündən həngamə açıb ABŞ-Azərbaycan münasibətlərini Helsinki dinləmələri ilə qiymətləndirənlərin siyasi savadsızlığı bir daha ortaya çıxdı. ABŞ-ın siyasi xətti var, bu xətt həyati əhəmiyyət daşıyır. Bu xətti hansısa QHT-nin, hansısa senatorun pozması üçün onun nə hüququ, nə səlahiyyəti, nə də hünəri var. ABŞ-la Azərbaycan arasında çoxtərəfli dostluq əlaqələri mövcuddur, iki ölkə arasında sarsılmaz bağlar var. İndi hansısa 3-5 dənə dılğırın çıxışı ABŞ-Azərbaycan əlaqələrinə qiymət kimi göstərilə bilməz.

Azərbaycan əleyhinə danışan Tomas Melia kimdir? O, ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə müavinin köməkçisidir. Bu adamın vəzifəsi heç ştatda da yoxdur. Gör kimdən ümid umursuz, yazıqlar olsun. Bir qurumun hansısa şöbəsinin harasa baxan işçisinin, onun da müavininin, üstəgəl onun da köməkçisi olan Tomas Melia... Bu adam nazir deyil, dövlət başçısı deyil, ABŞ-ın xarici siyasətini müəyyənləşdirib aparan biri deyil, ümumiyyətlə dünya ictimaiyyətinə tanış fiqur da deyil. Sadəcə, düşmənlərimizin dəstək verdiyi bu cür dinləmələrdə 3-4 dənə cümlə deyib, bu qədər.

Odur ki, hələ seçki yaxınlaşdıqca müxalifətin qabağına yal atan çox olacaq, onlara qucaq açan N qədər çoxalacaq, ermənidən tutmuş rusuna qədər hamısının barmağı bunların "orasında" olacaq. Müxalifət isə ənənəvi olaraq bunu siyasi taktika kimi qəbul edib boş-boşuna çərənləmək üçün 5 il də gözləməli olacaq.

Samir

Digər xəbərlər