AXCP-nin keçmiş sədr müavini mətbuata açıqlamasında Xaliq Bahadır qeyd edib ki: "Mən elə düşünürdüm ki, "Milli Şura" indiki hakimiyyətə gəlmək üçün yaranıb. Sən demə, "Milli Şura" mandatlı çağlarında bu hakimiyyətin vurğunlarından olan Gültəkin Hacıbəylini dikəltmək-yekəltmək üçün yaradılıbmış. Yanıldığıma görə məni bağışlayın".
Qeyd edək ki, bir müddət əvvəl X.Bahadır müxalifəti mütəşəkkil cinayətkar dəstə adlandırmışdı. Demişdi ki, İsa Qəmbər Əli Kərimlini tələyə salıb öz çirkin oyunlarının iştirakçısına çevirib. Amma digər, tərəfdən də, maraqlıdır ki, X.Bahadır niyə məhz G.Hacıbəylinin adını çəkir. Bəs Quska, Əli İnsanov, Fərhad Əliyevin adı niyə çəkilmir? Birincisi G.Hacıbəyli qadındır və o qədər də önəm daşımayan bir fiqurdur və çox güman ki, Quskanı, Ə.İnsanovu və F.Əliyevi "Milli Şura" alternativ variant kimi ehtiyatda saxlayır. Bu gün "Milli Şura" üzvləri əməlli-başlı "Milli Sirk"dəki arenada olan janqlyorlara və klounlara" bənzəyirlər. Onlar özləri nə etdiklərinin fərqində olmasalar da, tamaşaçıların və xalqın dodaqlarının qaçması üçün böyük səy göstərdikləri aşkardır. "Milli Şura"nın tərkibinə diqqət etsək, görərik ki, bu gün gündəmə hansı mövzularla gəlir, bu qurumun nəyə nail olduğunu və ola biləcəyini qısacası anlamış olarıq.
1. "Milli Şura" G.Hacıbəylinin ailə haqq-hesabını, əri ilə olan uşaq mübahisəsini çözməklə, ona dəstək olmağa çalışır.
2. "Milli Şura" Quska ilə G.Hacıbəylinin qaranlıq yollarla əldə etdikləri var-dövlətini ört-basdır etməklə məşquldur.
3. "Milli Şura" bu gün R.İbrahimbəyovun Bakıya gəlməsi üçün qırmızı xalı almaqla məşğuldur.
4. "Milli Şura" bu gün İsa Qəmbərlə Əli Kərimli razborkasını çürüdməklə məşğuldur.
5. "Malçik pobequşka" Eldar Namazovun xaricə gediş-gəlişini qarşılamaqla məşğuldur və s.
Buradan açıq görmək olur ki, "Milli Şura" öz məqsədini və yaranma səbəbini unudub düşüb gör nələri müzakirə edir. Sonra da dövləti idarə etməkdən dən vurur. 129 heyətli bir qurumu idarə edə bilməyən, 129 heyəti birləşdirə bilməyən bu qurum, 9 milyonluq xalqı birləşdirməkdən axı necə danışa bilər?
Dövləti idarə etmək mühüm və cavabdehlik daşıyan bir işdir. Bu çox çətin bir yoldur. Burada satqın insanlara da çox rast gəlinir. Yəni el dili ilə desək, bizi içimizdən gəmirən qurdlar da çoxdur. Dar düşüncəli "Milli Şura" satqınları üzvlüyə qəbul etdikcə, özünə gor qazdığını unudur deyəsən. Həmən satqınlar bu boyda dövlətə xəyanət etdisə bir gün, bir quruma xəyanət etmək bir içimlik suya bənzər.
Əli İnsanov
Fərhad Əliyev
Hüseyn Abdullayev
Gültəkin Hacıbəyli
Elşad Abdullayev
Əkrəm Əylisli və bu kimi satqınları, xəyanətkarları tanımayan yoxdur.
Rüstəm İbrahimbəyov və s. satqınların xırda yetirmələri mövcuddur. Bu siyahıdakı insanlar yedikləri qaba tüpürən simalardır. Məncə bu gün "Milli Şura"nın bu isimlərin üzərində düşünməsi lazımdır, əks-halda, satqınlar cəmiyyəti yaradaraq, müxalifət öz mahiyyətini itirir. Məssəbsiz və məqsədsizlər toplusu güc demək deyil və bu, bu gün siyasi arenada mübarizə yolu ola bilməz. "Milli Şura"nın götürdüyü "siyasi kurs" bəribaşdan yanlışdır.
Ülkər MUSAZADƏ