Azərbaycan kimi ölkələrdə daxili mühit imkan verdiyi təqdirdə "demokratiya", "insan haqqları" adı altında xarici müdaxilələr artır
"Azərbaycanın daxili problemlərinin beynəlxalq aləmdə müzakirəyə çıxarılmasının qəti əleyhinəyəm. Şikayətçi olmaq kiməsə başucalığı gətirməz, bu həm də artıq zəifliyin təsdiqidir". Bunu SİA-ya açıqlamasında Ədalət Partiyasının aparat rəhbəri, Mütəllim Rəhimli deyib.Onun sözlərinə görə, avropalılar bu cür davranışları daxilən sevmirlər və sadəcə bu onların maraqlarıni təmin etdiyindən, məsələni daha çox qızışdırmağa və sonda bundan təzyiq aləti kimi istifadə etməyə çalışırlar: "Milli Şura rəhbərliyinin ABŞ və Avropaya səfəri onlardan kömək istəmək niyyətilə edilir. Amma biz görürük ki, onların köməklik göstərdiyi dövlətlər vətəndaş müharibəsinin içərisində dağılırlar, xalq aclıqdan əzab-əziyyət çəkir". M.Rəhimli bildirib ki, son hadisələr Azərbaycanda seçkilərin taleyini həll etmək üçün xarici qüvvələrə istinadın əsas meyarlardan birinə çevrildiyini göstərir: "Prinsipcə, Azərbaycan kimi ölkələrdə daxili mühit imkan verdiyi təqdirdə "demokratiya", "insan haqqları" adı altında xarici müdaxilələr artır. Hətta hakimiyyətlərin müəyyən olunmasında da xalqın istəyi nəzərə aınmır, yaxud ictimai fikir məqsədyönlü şəkildə yönəldilir. Ona görə də ABŞ və Qərb Azərbaycan kimi dövlətlərdə radikal qrupların yaşamasında maraqlıdır və hər zaman ona bu və ya digər şəkildə dəstək verir. Çünki bu qüvvələr kənar təsirlərin daxili mühitə təsiri yolunda gücləndirici vasitə kimi çıxış edir".
sia.az