PDF Oxu

Müxalifət

  • 21

Rusiyada "kök salan" İbrahimbəyov

Rusiyada "kök salan" İbrahimbəyov

Aylar əvvəl ortalığa belə bir fikir atıldı ki, "Milli Şura" yaradılsın. Guya bütün müxalifəti özündə birləşdirəcək. Müxalifətdə ordan-burdan dəstək göstərişləri başladı. Amma hər kəs bilirdi ki, bunlar süni jestlərdir. Söhbət işə keçəndə bir çox müxalifət partiyaları bu quruma qoşulmaqdan imtina elədilər. Nəysə. Axtardılar, axtardılar bir artist tapıb, özlərinə başçı seçdilər. Rüstəm İbrahimbəyov ismiyyətində biri 20 ildən artıqdır birləşə bilməyən müxalifətə səhrada hava-su kimi təqdim edildi. Sonra prezidentliyə namizədlik məsələsi ortalığa atıldı. Günlərlə lazımsız müzakirələr aparıldı. Axırda belə qərara aldılar ki, Rusiyada "kök salan" İbrahimbəyov vahid namizəd olsun.

Yaxşı, bir bu sadə xalqdan soruşun görək, İbrahimbəyov kimdir, nəçidir? Biri deyəcək bəy nəslindəndi, o biri deyəcək İbrahimin nəvəsidi, digəri biznesmen adlandıracaq, bir başqası artistdi deyəcək, növbətisi modelyer-filan. Bir, ya iki nəfər tapmaq olar ki, bu insanın məsləkini düz-əməllə bilsin. "Rüstəm İbrahimbəyov kimdir" sualına azərbaycanlı maskası altında gizlənən, azərbaycançılıqdan tamamilə uzaq olan birisidir" kimi cavab tam dolğun olardı. Çünki bu insan hər şeydən əvvəl dəfələrlə ermənilərə olan xüsusi simpatiyasını açıq-aşkar bildirib. Bakının ermənilərsiz darıxdırıcı olduğunu, Qarabağ iddialarımızın yersiz olduğunu müsahibələrində dəfələrlə qeyd edib. İndiyə qədər bir dəfə də olsun Xocalı soyqırımını, ermənilərin işğalçılıq siyasətini pisləməyib, əksinə, onların iddilarını haqlı sayıb. İbrahimbəyov Azərbaycan dilində bircə sadə cümləni qurmaq üçün 10-nu fikirləşir 1-i deyir. Bu insan nitqində "yevropa", "rusiyət", "pressa" sözlərini daşıyan birisidir. Belə olan halda azərbaycanlı kəliməsini bu insana necə yaraşdırmaq olar? Rüstəm İbrahimbəyov demokratik Azərbaycanda bir kommunistdir, senzura xəstəsidir. Bu insan sovet sisteminin, sovet prinsiplərinin bir növ vurğunudur. İmkan olan kimi sovet hakimiyyətini tərifləyən, onun dağılmasına təəssüflənən, yenidən qurulması üçün əlindən gələni etməyə hazır olan birisidir.

Bəli, o, özlərini demokratik qüvvələr adlandıran radikal müxalifətin rəhbərlik etdiyi "Milli Şura"nın qabaqda gedənidir. Bunların seçdikləri namizədə bir bax. 3 cümləni ardı-ardına qoya bilməyən birisi prezidentliyə namizəd olmaq istəyir. İşğalda olan rayonların bəlkə də adını belə bilməyən birisi Qarabağ problemindən dəm vurur. Dəfələrlə artan əmək haqqından, təqaüdlərdən xəbəri olmayan birisi əhalinin sosial probleminə toxunur. O, yazıq toxunmur. Onu toxundururlar. Bəli, bu insan adi bir ədəbiyyat, incəsənət, kino adamıdır. Bunun işi yazıb-yaratmaqdır. Belə "Milli Şura", siyasət, nələr-nələr bu insana tamamilə yaddır. Həqiqətən, hərdən tam səmərəli bir nəticə olaraq ağlıma gəlir ki, cənab İbrahimbəyovu ora aktyorluqdan, incəsənətdən master klass üçün təyin ediblər. Çünki ondan başqa nəticə üçün istifadə etmək ən ağılsız bir hərəkət olardı.

Və bir məsələni də qeyd edim ki, əksəriyyəti müsəlman olan dünyəvi dövlətdə prezidentliyə namizəd olmaq istəyən Rusiyanın tərtəmiz vətəndaşı İbrahimbəyov bir donuz aludəçisidir. Belə fikir var ki, onun Azərbaycandakı ilk biznesi ya Şəhidlər Xiyabanında qumarxana, ya da Mərdəkanda dünya standartlarına uyğun donuzxana tikməsi ilə başlanacaq. Bəli, bu insan hər bir hərəkətiylə, danışığıyla gəncliyə pis nümunədən başqa bir şey deyil. Yaxşısı budur başını aşağı salıb bildiyi işlə məşğul olsun.

Digər xəbərlər