PDF Oxu

Müxalifət

  • 13

Vəkili Elşad Abdullayevdən imtina etdi

Vəkili Elşad Abdullayevdən imtina etdi

ABU-nin keçmiş cinayətkar rektorunun qaranlıq əməlləri ifşa olunur

Fəaliyyəti dayandırlmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, çoxsaylı cinayətləri və şantaj xarakterli qondarma videoları ilə gündəmdə qalmağa cəhd göstərən Elşad Abdullayev barəsində yeni və şok faktlar üzə çıxmaqda davam edir. Artıq mətbuatda onun qanunsuzluq yolları ilə əldə etdiyi mülkləri və obyektlərinin də sayı ictimaiyyətə təqdim olunub. Məhz bu və bu kimi müxtəlif sübut -dəlillərin üzə çıxması nəticəsində ona vəkillik edən Adil İsmayılov bu günlərdə cinayətkar rektora hüquqi xidmət göstərməkdən imtina edib. Xatırladaq ki, A.İsmayılov bir müddətdir ki, keçmiş ABU rektoru, hazırda Fransada müvəqqəti yaşayan E.Abdullayevin hüquqlarını müdafiə edirdi. Lakin son günlərdə E.Abdullayevin ifşa olunması, onun törətdiyi çoxsaylı cinayətlərin yetərli sübutlarla təsdiqlənməsi vəkilin ondan imtinası ilə nəticəsini tapıb.

Cinayətkar rektorun adı ATƏT-in hesabatında qanunsuz orqan transplantasiyası cinayətində, ardınca onun ismi saxta dərman alqı-satqısında hallanıb

Nəhayət, məlum olub ki, E.Abdullayevin internetdə yaydığı gizli videolar, əslində, qanunsuzdur və şantaj xarakterlidir. Söz yox ki, A.İsmayılovun vəkillikdən imtinası arxasında daha bir faktın öz təsdiqini tapması dayanıb. Belə ki, cinayətkar rektorun adı ATƏT-in hesabatında qanunsuz orqan transplantasiyası cinayətində, ardınca onun ismi saxta dərman alqı-satqısında hallanıb.

Onun digər "şikayətlərində" isə əsassızlıq üzə çıxıb. Məlum olub ki, E.Abdullayevin özü tərəfindən aradan götürülən qardaşı Mahir Abdullayevin axtarılması, sadəcə, bir bəhanə imiş və ortada ciddi hadisələr də var. Onlardan birini Arzu Kazımovun oğlu Zaur Kazımov E.Abdullayevlə aralarında aparılan danışığın-görüşün gizli çəkilişində ifşa etdi. Z.Kazımov E.Abdullayevə izah edərək anladır ki, "sən Mahirin taleyini daha yaxşı bilirsən, bildiklərini istintaqa danış və işə kömək elə..."

Ukrayna Prokurorluğu Elşad Abdullayevə cinayət işi açıb

Artıq qanunsuz orqan köçürülməsində günahlandırılan mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmaqda təqsirləndirilən E.Abdullayev barəsində tədbir görülməsi istənilməkdədir. İnsan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru E.Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla, həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Göründüyü kimi, E.Abdullayevin özünü təmizə çıxarmaq cəhdləri əks effekt verərək, onun ifşaları ilə nəticəsini tapıb. İndi o, yaxın gələcəkdə dəmir barmaqlıqlar arasında necə həyat sürəcəyi barədə düşünməyə başlayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər