"Milli Şura"nın vahid namizəd kimi irəli sürdüyü kinorejisyor Rüstəm İbrahimbəyov bu günlərdə belə bir məktub göndərib ki, məndən başqa da qoyun, şura bir necə namizəd irəli sürsün. Amma aldığımız məlumatlara görə, şura bu təklifləri qəbul etmir və seçkiyə öz vahid namizədi olan R.İbrahimbəyovla gedirlər.
Burada demək olar ki, AXCP və Müsavat partiyaları üzüqara və ümüdləri, necə deyərlər, suya düşmüş olur. R. İbrahimbəyovun məktubunu alar - almaz bu partiyalar özlərini dəbdə sanırdılar ki, indi kimsə yerindən durub bunlar üçün düz MSK-ya qədər qırmızı xalı sərəcək ki, sən Allah gəl seçkidə iştirak et. Baxmayaraq ki, hələ Rüstəmin saqqızını da oğurlamışdılar. Lakin məsələ belə asan görünə bilməz. Bu düşünülmüş siyasi oyun da olsa, görünən sadəcə onun primitiv görüntüsüdür. Əslində R. İbrahimbəyovun məktubu "Milli Şura"dakı qüvvələr arasında birliyin olmamasından irəli gəlir.
Belə ki, R. Ibrahimbəyovun məktubu "Milli Şura"nın etibarının sığorta olunması məqsədi daşıyırdı. Yəni ki, şura daxilindəki qüvvələrin necə hərəkət edəcəyindən və hansı yola əl atacağından bixəbər İbrahimbəyov bu məktub ilə "Milli Şura"nın hər hansı bir seçiminin bir növ qaranti etdi. Musavat başqanı İsa Qəmbəri satqın adlandıran "Milli Şura" onun namizədliyinin qəti qadağan olduğunu söyləyir. Bununla yanaşı, AXCP tamam fərqli prizmadan çıxış edir. O bildirir ki: "AXCP-nin qərarı indiki situasiyanın tələblərinə tam adekvatdır" və AXCP ali məclisinin axırıncı sessiyasında seçkiyə hazırlıq və seçkidə iştirakın formaları ilə bağlı qəbul etdiyi qərarlar müxtəlif yozumlara səbəb olub. Belə ki, AXCP ali məclisi Rüstəm İbrahimbəyovun vahid namizəd olaraq, sonadək dəstəkləməsiylə bağlı qərar versə də, o da vurğulanıb ki, İbrahimbəyovun Rusiya vətəndaşlığına son qoyulmayacağı halda, "Milli Şura" növbəti dəfə vahid namizəd müəyyənləşdirərək seçkilərə yekdil qüvvə kimi getsin. Partiya bununla ölkə müxalifətinin guya "birlik modeli" saydığı "Milli Şura"nın qorunub-saxlanmasını prioritet vəzifə elan etməsi ilə bağlı məlumat verib.
RÜSTƏMİN NAMİZƏDLİYİ SİYASİ ETİKA XƏTRİNƏ VERİLİBMİŞ
Qeyd edək ki, AXCP öz mövqeyini indiki reallığa tam adekvat hesab edir. Əli Kərimli də sosial şəbəkələrdə yazdığı məlumatlardan dolayı Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı məsələ bu gün ləngiməkdədir. AXCP sədrinin fikrincə, bu prosesi hələ bitmiş hesab etmək olmaz. Belə ki, məsələ belə aydın olur ki, "Milli Şura" R.İbrahimbəyovun namizədliyini siyasi və etika baxımından irəli sürdüyünü bildirir. Belə ki, AXCP sədri hesab edir ki, Rüstəm İbrahimbəyovun namizədliyi gündəmdə qala-qala əlavə namizədin müəyyənləşdirilməsi siyasi baxımdan doğru olmaz və əgər problem yaranarsa, qurumda heç kəs yenidən həmin formatda toplaşmağa və yeni namizəd müəyyənləşdirməyə mane olmayacaq. AXCP-nin mövqeyi ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun iştirakı ilə növbəti vahid namizəd müəyyənləşdirilməlidir. "Milli Şura"dan da vahid namizəd adı altında bir neçə namizədin irəli sürülməsi əvvəlki illərdəki müxalifətin durumunu təsvir edir. Ayrı-ayrı namizədlərlə seçkiyə getmək "Milli Şura"nı siyasi proseslərdən kənar qoya bilər və "Milli Şura"dan ayrı-ayrı namizədlər seçkidə iştirak edəcəklərsə, o zaman vahid Seçki Qərargahının və platformanın olması mümkün deyil.
ƏLİ KƏRİMLİ "UZAQGÖRƏN" DEYİLMİŞ
"Heç kim öncədən bilə bilməzdi ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi məsələsi ləngiyə bilər". Guya ki, ona görə də həmin vaxta qədər ehtiyat namizəd ideyası aktual hesab olunmurdu. Nədənsə "Milli Şura" Tbilisi toplantısına qədər ehtiyat namizəd ideyasını gündəmə gətirməmişdi. Bu da bir növ Tbilisi toplantısına mühüm və önəmli toplantı formatını geyindirmək məqsədi daşıyırdı.
İSA QƏMBƏR RÜSTƏM İBRAHİMBƏYOVU GÖZLƏYİR
Müsavat partiyasının başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyi qəbul olunarsa, öz namizədliyini geri götürəcəyini bildirib. Lakin "Milli Şura" qurumunun üzvləri heç vaxt İsa Qəmbəri qurumun ehtiyyat namizədi hesab edilmədiyi də göz qabağındadır.
Ülkər Musazadə