PDF Oxu

Müxalifət

  • 11

"Ümid"- AXCP münasibətləri kəskinləşdi

"Ümid"- AXCP münasibətləri kəskinləşdi

İqbal Ağazadə Əli Kərimlini tərbiyəsiz adlandırıb

AXCP sədri Əli Kərimlinin müxalifətyönlü internet televiziyası olan "Obyektiv" TV-yə müsahibə verməsi düşərgədəki böhranlı vəziyyəti kəskinləşdirməkdə davam edir. Belə ki, "cəbhə" sədrinin dolayısıyla öz namizədliyinin irəli sürülməsi ilə bağlı işlətdiyi ifadələr "Milli Şura" ilə yanaşı, orada təmsil olunmayan siyasi təşkilat rəhbərlərinin də qıcıqlanmasına səbəb olub. Çünki Ə.Kərimli yalnız "Milli Şura"nın təmsilçilərinin bostanlarına daş atmayıb. Onun ittiham etdiyi tərəflərdən biri də prezidentliyə namizədliyini irəli sürmüş "Ümid" partiyasının sədri İqbal Ağazadədir.

Əli Kərimli: "Əgər belə deyibsə, ona belə məsləhət olub ki, bu cür deyib"

"Ümid" Partiyasının sədri onun haqqında müəyyən ifadələr işlətmiş Ə.Kərimlinin dediklərinə sərt münasibət bildirib. Xatırladaq ki, AXCP sədri müsahibəsi zamanı aparıcının "Sonuncu verilişimizdə İqbal Ağazadə açıq şəkildə dedi ki, bizə bu işdə Əli Kərimli mane oldu. Hətta qeyd etdi ki, mən öz namizədliyimi də geri götürürdüm, təki İsa Qəmbərlə Əli Kərimli ortaq məxrəcə gəlsin"... sözlərinə belə reaksiya verib: "Mən onun bu açıqlamasını eşitməmişəm. Əgər belə deyibsə, ona belə məsləhət olub ki, bu cür deyib."

Məhz bu səbəbdən "Ümid" partiyasının sədri İ.Ağazadə isə Ə.Kərimlinin qeyd olunan eyhamlı fikirləri haqqında kəskin münasibətini bildirib: "Bəli, o barədə mənə məsləhət olub. Partiyamızın rəhbər orqanları müxalifətin bir araya gəlməsi naminə belə bir addım atmağımı məsləhət görüblər."

İqbal Ağazadə: "Əli Kərimli tərbiyəsizdir"

İ.Ağazadənin "Amma Əli Kərimli hər halda, bu məsələdə sizin məsləhətçiləriniz kimi partiyanızın rəhbər orqanlarını nəzərdə tutmayıb" fikrinə münasibəti lakonik olub: "Bu da Əli Kərimlinin mövqeyi və tərbiyəsidir."

Göründüyü kimi, Müsavat partiyası ilə yanaşı, AXCP-nin "Ümid"lə də yolları ayrılıb və bu savaşın pik həddə çatacağı indidən görünməkdədir. Ümumilikdə isə götürsək, ənənəvi müxalifət düşərgəsi sanki bir partlayış ərəfəsindədir. Bu partlayış isə cəmiyyətə deyil, məhz onların özlərinə kifayət qədər mənfi təsirlər göstərəcək. Sonda isə daha bir xatırlatmanı edək. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsi o, Lalə Şövkət AXCP sədrini tərbiyəsiz "malçişka" adlandırmışdı. Görünür, bu səbəbdən, "cəbhə" sədrinin üzərindəki təhiqlər ona sirayət etmir. Çünki o, belə şeylərə, necə deyərlər, bir növ adətkərdə olub.

Qismət ZƏNGİBASARLI

Digər xəbərlər