PDF Oxu

Müxalifət

  • 8

Tahir Kərimli: “Milli Şura”dakıların boş vədləri gülüncdür”

Tahir Kərimli: “Milli Şura”dakıların boş vədləri gülüncdür”

"Milli Şura"nın dünən keçirilən mitinqi "demokratik qüvvələrin" "izdihamlı" mitinqi adlandırılsa da, əvvəlkilərdən heç nəyi ilə fərqlənmirdi. Bu baxımdan hesab edirəm ki, radikal müxalifət nümayəndələri heç vaxt xalqın dəstəyini qazanmayıb, qazana da bilməz". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Tahir Kərimli "Milli Şura"da yeni vahid namizədin təyin olunması ilə bağlı məsələyə münasibət bildirib: " "Milli Şura" özünə vahid namizəd müəyyən edən zaman nəzərə almalı idi ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Seçkilərə az vaxt qalıb. Amma onlar vahid namizəd məsələsində bir qərara gələ bilməyəcəklər. Çünki bir-birlərinə qarşı qeyri-səmimi münasibətdədirlər, biri digərinin fikri dinləmir. Artıq onların özləri də məğlubiyyətin qaçılmaz olduğunu çox gözəl dərk edirlər. Ona görə də boş vədlər vermələri gülünc görünür".

Tahir Kərimli qeyd edib ki. "Milli Şura" seçkilərdən sonra məğlubiyyətini kiminsə üzərinə atmaq üçün plan hazırlayır. Ona görə də vahid namizəd məsələsini bu qədər uzadırlar.

sia.az

Digər xəbərlər