PDF Oxu

Müxalifət

  • 4

"Milli Şura" və siyasi iflasın son fatihəsi

"Milli Şura" və siyasi iflasın son fatihəsi

Ənənəvi müxalifət hər zamankı kimi arxasınca zibil buraxıb getdi

Reallıqda gözləntilər baş verdi. Cəmiyyət arasında zorən "nüfuzlu qurum" olduğunu iddia edən "Milli Şura"nın siyasi iflası avqust ayının 12-də keçirdikləri sessiyada büruzə verdi. Və bu faktın heç də təsadüf olmadığı qurumdaxili böhranlar, ziddiyyətlər, kəskin qarşıdurmalar fonunda kifayət qədər təsdiqini tapdı. Sübut olundu ki, "Milli Şura" hətta öz təmsilçiləri tərəfindən də iddia olunduğu kimi uğursuz tandemi kimi fəaliyyətini başa vurmaq üzrədir.

Əslində bazar günü kerçirilən icazəli aksiyada rüsvayçılıq hallarının yaşanması təəccüb doğuracaq məsələ deyil. Çünki yarandığı vaxtan başlayaraq kimlərinsə missiyasını həyata keçirməyə cəhd edən bu qurumda sular çox bulanıq görünürdü. İlk öncə, "Milli Şura"nın yaradılması ətrafında partiyalararası qarşıdurmaların yaşanması, yekdil rəyin formalaşmaması, eləcə də ona qədər fəaliyyət göstərmiş "İctimia Palata"nın işinə xitam verilməsi özündə bu və bu kimi digər kontekstləri ehtiva edir. Əbəs yerə deyil ki, "Milli Şura" qalmaqallar ətrafında yarandı və bu gün də qalmaqallar ətrafında canını ənənəvi müxalifət "liderlərinə" tapşırıb. Təbii ki, daim əmanətə xəyanət edən "liderlər" də onlara tapşırılan "canı" almağa müvəffəq oldurlar. Amma necə?

Prosesin pik mərhələsi - İbrahimbəyovun Azərbaycana dönməməsinin dəqiqləşməsi ənənəvi müxalifətin amansız çarpışmasına zəmin yaratmış oldu

Gəlin doğulan andan ölü quruma çevrilmiş "Milli Şura"nın qısa tarixçəsini bir daha nəzərdən keçirək. Beləliklə, Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmaması, "Milli Şura"nın təsisində bilavasitə iştirak etməməsi, eləcə də sonrakı gedişatlarda sözügedən vəziyyətin daha da mürəkkəbləşməsi nəticə etibarilə "vahid namizəd" probleminin yaranmasına gətirib çıxardı. Nəhayət, bu prosesin pik mərhələsi - İbrahimbəyovun Azərbaycana dönməməsinin dəqiqləşməsi (yəni ikili vətəndaşlıq məsələsinin mövcudluğu - R.N.) ənənəvi müxalifətin amansız çarpışmasına zəmin yaratmış oldu. AXCP, Müsavat, ACP, ALP, VHP kimi siyasi təşkilatlar uzun müzakirələrdən sonra, yəni uğursuz 12 avqust sessiyasında ortaya çıxarılan beş müzakirənin (!) heç birini yekdil rəylə qəbul etməyərək, zəifliklərini mitinq qərarı ilə ört-basıdr etdilər. Lakin...

Bir əldə iki bayraq və pivə müxalifəti

Lakin hər zaman olduğu kimi bu dəfədəki mitinqin də ötənkilərdən heç də fərli olmayacağı bəri başdan bəs-bəlli idi. "Liderlərin" pafos və populist çıxışları bunların meydan təfəkkürlərini ortaya qoydu və bu təfəkkür fonunda müxalifətin əsil "siması" özləri tərəfindən sərgiləndi. Bu zaman sual etmək lazımdır ki, ən azı beş siyasi partiyanın cəmləşdiyi "Milli Şura" nəyə görə vəd etdiyi 20 min nəfəri aksiya keçirilən ərzaiyə qata bilmədi? Çünki vəd edilən 20 min nəfər ümumiyyətlə müxalifətin sisoal bazasında, elektoratında yoxdur. Beş partiya müəyyən aldadıcı vasitələrlə ortaya min nəfər adam çıxara bildi ki, onların da yarısı mitinq başa çatmamış aradan çıxdı. Üstəlik, aksiya 40 dəqiqə gec başlayıb və vaxtından 30 dəqiqə əvvəl də yekunlaşıb. Bax, reallıq da budur! Reallıq budur ki, diqqət çəkən məqamlarından biri aksiyanın sönük keçməsi olub. Belə ki, aksiyanın açılışından bir qədər sonra toplaşanlar oradan uzaqlaşmağa başlayıblar. Müşahidə etdiyimiz digər bir maraqlı məqam isə vaxtıilə azadlıq hərəkatında iştirak etməyənlərin bu mübarizənin öncülləri elan olunması olub. Aksiya "Milli Şura"ya dəstək adı ilə keçirilsə də hər partiya üzvü öz sədrinin çıxışı zamanı onları dəstəkləyib.

Eldar Namazovun isə mitinqdən "küsərək" getməsi "Milli Şura" daxilindəki ziddiyyətləri gözlər önünə sərib. Belə ki, Eldar Namazov aksiyanın sönük və çıxışçıların danışıqlarından "küsərək" digər küsəyən Rüstəm İbrahimbəyovla telefon əlaqəsi yaradıb. Onun tapşırığına əsasən meydanı tərk edib. Köhnə "demokratlar" isə aksiyanı Eldar Namazovsuz yekunlaşdırıblar.

Başqa tərəfdən, aksiyada iştirak edənlərin əksəriyyəti bir əllərində iki bayraq tutmaqla bayraqların sayını adam sayından çox ediblər. Maraqlıdır ki, sanki mitinqə partiya təşəbbüskarları deyil, bayraqlar qatılıb və həmin bayraqlar sonda aksiya iştirakçıları tərəfindən küncə-bucağa atılıb.

Daha bir maraqlı məqam. Mitinqə daxil olan tərəflər onlara vəd edilmiş pivə şüşələrini boşaltdıqdan sonra o biri qapılardan çıxaraq, aksiya ərazisini tərk ediblər. Budurmu "Milli Şura"nın "birləşmiş müxalifəti"?

Bir sözlə, "Milli Şura" da "İctimai Palata"nın aqibətini yaşayıb və özündən sonra həm siyasi, həm də məişət zibillərini arxasınca buraxıb.

Təxribatçılıq, biabırçılıq və İbrahim İbrahimlinin 32 dərəcəni 40 dərəcəyə qaldırması "faktoru"

Xüsusilə, aksiyada mitinqin aparıcısı İbrahim İbrahimlinin buraxdığı səhvlər (onların özləri elə başdan-ayağa səhv deyllərmi -R.N.) nəzərlərdən yayınmayıb. Yəni "Milli Şura"nın mitinqində təşkilatçılıq baxımından bir çox gözlə görünən qüsurlar var idi. Qondarma "şəhid ailələrinin" aldadılaraq təxribat törətmək cəhdləri, polisə qarşı radikal davranışlar və s.

Bunlardan biri də "Milli Şura"nın Mitinq Komitəsinin toplantısında mitinqin aparıcısı olaraq təyin edilən İbrahim İbrahimlinin aparıcılığı oldu. O, bir neçə dəfə çıxışlarında səhvə yol verdi. Nəticədə, bu amil mitinq iştirakçıları tərəfindən də xoş qarşılanmadı. Mitinq iştirakçıları daha təcrübəli bir nəfərin mitinqi idarə etməsini istəyirdilər. Xatırladaq ki, İbrahim İbrahimlinin mitinqi idarə etməsinə narazı olanlardan biri də Müsavat partiyası başqanının müşaviri Mustafa Hacıbəyli olub.

İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli: "Adi meqafonla yarada bildiyi coşqunu İbrahim İbrahimli mitinqin aparıcısı olaraq yüksək səsgücləndiricilərə qoşulan mikrafonla yarada bilmədi"

O da İ.İbrahimlinin aparıcılıq edərkən buraxdığı səhvlərə və onu mitinqin aparıcısı seçməkdə israr edən siyasətçiyə öz etirazını bildirib və növbəti dəfə başqa bir nəfərin seçilməsini təklif edib. M.Hacıbəyli narazıçılığını belə bildirib: "İbrahim İbrahimli mitinqdə Mirmahmud Mirəlioğlunu Mirmahmud Fəttayev kimi, Liberal Partiyasını Liberal Demokrat Partiyası kimi, KXCP-ni KAXCP kimi, Nərgiz Yaqublunu Nigar Yaqublu kimi təqdim etdi. O, əvvəl Tural Abbaslının azadlığa çıxdığını dedi, sonra səhvini ona azadlıq tələb etməklə düzəltdi. Temperaturun 32 dərəcə olduğu halda, bunu da şişirdərək 40 dərəcə olduğunu deməsinin bizə hansı faydasının olduğunu deyə bilmərəm. Amma bəzən dostlarımızın aksiyada adi meqafonla yarada bildiyi coşqunu İbrahim İbrahimli mitinqin aparıcısı olaraq yüksək səsgücləndiricilərə qoşulan mikrafonla yarada bilmədi. Onun səsləndirdiyi şüar isə iştirakçıların dilinə yatmadı. İbrahim İbrahimlinin hər dəfə aparıcı olmasına təkid edən siyasətçiyə təklif edirəm ki, gələn dəfə ya Fuad Qəhrəmanlının, ya Asəf Quliyevin, ya Sahib Kərimlinin, ya da bir başqasının namizədliyinə təkid eləsin".

Göründüyü kimi bu etirafı iqtidar nümayəndəsi deyil, kifayət qədər radikallığı ilə seçilən Müsavat funksioneri etdi. Bizcə, başqa şərhə də ehtiyac qalmır...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər