""Milli Şura" adlı qurumun dünən keçirilən iclası daha öncədən də qeyd etdiyimiz kimi fiaskoya uğramasının sübutu idi. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Milli Şura"nın dünən keçirilən iclasının "nəticələrini" şərh edərkən deyib.E.Mirzəbəylinin sözlərinə görə, ideologiya üzərində qurulmayan, xarici ölkələrin himayəsinə sığınmaq üçün yaradılmış qurum son nəticədə biyabırçı şəkildə dağılmalı idi.Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə "Milli Şura"da baş verən hadisələri "O olmasın bu o olsun" filminin məşhur "Qonaqlıq səhnəsinə" bənzədib: " "Milli Şura" yarananda bildirmişdim ki, bu qurum ölü doğulmuş uşaqdır və Rüstəm İbrahimbəyov heç vaxt qeydiyyatdan keçməyəcək. Hər zaman olduğu kimi, "Milli Şura" da təmsil olunanlar bir-birlərini qıracaqlar. Bu hər zaman belə olub, bu dəfə də belə olacaq".
sia.az