PDF Oxu

Müxalifət

  • 10

Müxalifət namizədlərinin sayı artırı

Müxalifət namizədlərinin sayı artırı

"Milli Şura"nın ehtiyat namizəd seçmək istəyi o qədər gərginlik yaratdı ki, artıq müxalifətdə hər kəs prezidentliyə namizədliyini irəli sürmək istəyir. İndi də iddia edirlər ki, "Milli Şura"nın vahid namizədi Cəmil Həsənli olacaq. C.Həsənlinin açıq şəkildə namizədlikdən imtina etməsinə baxmayaraq, onunla söhbət aparıldığı və qurumun çətin durumda namizədliyə razı olmasının "Milli Şura"ya yardım göstərəcəyi anladılıb.

Elə bil ki, "Milli Şura"nın namizədləri üçün bir qayda hazırlanıb. Onlar mütləq siyasətdən kənar sahənin adamları olmalı, hakimiyyətdən incik düşməli və qisasçılıq hissi ilə alışıb yanmalıdırlar. Bir ssenarini ki, havadarlarıın diqtəsi ilə R.İbrahimbəyov yaza, onun baş qəhrəmanı da elə C.Həsənli kimi birisi olacaq.

R.İbrahimbəyov birinci dəfə "MŞ" sədri və vahid namizəd olanda sevinmişdi, qoltuğunun altına heç P.Hesynin satdığı Sabirabad qarpızı da yerləşmirdi. Çünki özünü "lider", siyasi partiya rəhbərlrinə göstəriş verən adam kimi hiss elədi. İkinci dəfə boyunduruqdan xilas olanda sevinmişdi. Çünki Rusiya vtəndaşlığından məhrum olunmaqla çox şey itirəcəyindən qorxurdu. Buna görə də müxalifətə də yalan satırdı ki, guya ərizə yazıb Rusiya vətədaşlığından imtina edir. İndi də bu missiyanı C.Həsənliyə ötürməklə rahat nəfəs almağa ümüd bəsləyir.

Məlumata görə, "Milli Şura"ya daxil olan "EL" Hərəkatı, ACP, ALP, KXCP qurumun gələcəkdə keçiriləcək sessiyalarını və mitinqlərini boykot etməyi planlaşdırırlar. "EL" Hərəkatının nümayəndəsi Zəfər Quliyev bildirib ki, onun təşkilatı Mili Şuranın 19 avqustda keçirilən sessiyasında qəbul olunmuş qərarın əleyhinədir: "Biz ACP, ALP və KXCP ilə əlaqə saxlamışıq və bu 4 təşkilat həm yeni "vahid namizəd", həm də bugünkü sessiya mövzusunda ortaq qərar qəbul etmişik. Biz sessiyanın keçirilməsini istəmirik və R.İbrahimbəyovun "vahid namizəd"liyini dəstəkləyirik. Hesab edirik ki, "Milli Şura"nın 19 avqust sessiyasında qəbul olunmuş qərar yanlışdır və buna görə də həmin qərarın həyata keçirilməsi yönündə hər hansı bir addıma dəstək verməyəcəyik."

Bütün bunlar bir daha göstərir ki, "Milli Şura"ya toplaşanların hərəsinin öz məqsədi var və onların arasında ziddiyyət o qədər dərindir ki, qurumun parçalanması qaçılmazdır. "Milli Şura"ya yavaş-yavaş müxalifətin əvvəlki "birlikləri"nin acı taleyinə doğru yuvarlanır və bu prosesi dayandırmaq mümkün deyil. Hələ bundan sonra da "Milli Şura"da onlarla namizədlər ortaya çıxacaq, hərəsi də bir avaz oxuyacaqlar.

Samir

Digər xəbərlər