"Vladimir Putinin Bakıya səfərindən sonra "Milli Şura" nakaud vəziyyətinə düşüb". SİA-nın məlumatına görə, bunu BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, bu səfərə qədər İsa Qəmbər, Əli Kərimli və digərləri qərar vermişdilər ki, seçkiyə qatılacaqlar və sonda qeydə alınan namizəd bir nəfərin xeyrinə geri çəkiləcək: "Ancaq indi gördülər ki, Rüstəm İbrahimbəyov Rusiyanın bir layihəsi idi və bunlar da həmin layihənin icraçılarıdır. İndi də bu vəziyyətdən çıxmaq üçün Cəmil Həsənlinin namizədliyini irəli sürdülər. Cəmil Həsənlinin ciddi uğura imza atacaq bir namizəd olduğunu düşünmürəm. Məncə, çox zəif namizədir. İsa Qəmbər Cəmil Həsənlini önə verməklə bir daha İlham Əliyevə rəqib olmağa cəsarət etmədiyini göstərdi. O, 2008-ci ildə olduğu kimi, 2013-cü ildə də seçkiyə qatıla bilmədi. Bu seçkidən sonra radikal müxalifət tamam sıradan çıxacaq".
sia.az