PDF Oxu

Müxalifət

  • 7

"AZADLIQ" RADİOSU MÜXALİFƏTƏ TƏHKİM OLUNMUŞ RADİODUR

"AZADLIQ" RADİOSU MÜXALİFƏTƏ TƏHKİM OLUNMUŞ RADİODUR

Azərbaycanda senzura olmadığından və söz azadlığı hökm sürdüyündən bir sıra mətbu orqanlar bundan sui-istifadə edirlər. "Azadlıq" radiosu ucdantutma xalqa və hakimiyyətə qarşı dərc etdiyi məqalələri ilə ümumilikdə jurnalistlik peşəsinə xələl gətirir. Çünki yalan və böhtan xarakterli məqalələri söz azadlığı demək deyil. Razılaşmaq olar ki, bütövlükdə jurnalist anlamı bitərəf deməkdir və bitərəf olmalıdır. Jurnalist hər bir hadisəyə obyektiv yanaşaraq, obyektiv şəkildə oxuculara çatdırmalıdır. Amma "Azadlıq" radiosu bunu unudaraq müxalifətə təhkim olunub və söz azadlığı yolu ilə getdiyindən dəm vurur. Söz azadlığı yalan və böhtandan ibarət deyil.

Misal üçün ötən gün əmək haqlarının 10% artdığı bildirildi. Bu addım əhalinin maddi rifahını və sosial təminatı yaxşılaşdırılmasına xidmət edir və demək olar ki, hər il həyata keçirilir. Lakin "Azadlıq" radiosu əmək haqlarının artımını seçkilərlə bağlayıb. Buradan sözügedən radionun necə azadlığa xidmət etdiyini açıq şəkildə görmək olar . Onu da nəzərinizə çatdıraq ki, hər bir ölkə daxili xəbəri belə xarakterizə edirsə, xaricdə yayımlanan bu radio sırf Azərbaycanda mövcud siyasi xətti ləkələyərək, onu istədikləri və ya müxalifət tərəfindən diqtə olunmuş şəkildə yayımlanmasına xidmət edir.

Bundan əlavə, istədikləri xəbəri istədikləri şəkildə məruzə edərək, söz azadlığından danışan "Azadlıq" radiosunun əməkdaşlarından biri elə tanınmış simalardan biri olan Xədicə İsmayilovadır.

Diqqətinizə çatdıraq ki, son zamanlar bir çox TV və mətbu orqanlarda xanım jurnalistlərin işdən uzaqlaşdırılması və ya sosial şəbəkələrdə video və şəkilləri yayılmaqdadır. Bu, adi hal alıb. Amma sözügedən, Xədicə İsmayilova öz əxlaqdan kənar görüntülərini sosial şəbəkə və ya mətbu orqanlarda yayımlayaraq, bunda başqasını günahlandırması görəsən nə qədər ağlabatandır? Bu, yalnız və yalnız hər bir fərdin şəxsi istəyi nəticəsində yayımlanır. Kimisi əxlaqi dəyərlərə böyük önəm verir, kimisi isə bu cür görüntüləri reklam edir. Bu cür ucuz fəndlərdən istifadə edərək, "Azadlıq" radiosu bir daha radikal müxalif qüvvələrə xidmət etdiyini və jurnalistikadan kənar mövqeyini sərgiləmiş olur.

Ülkər Musazadə

Digər xəbərlər