PDF Oxu

Müxalifət

  • 12

"Milli Şura" dilənir

"Milli Şura" dilənir

"Rüstəm İbrahimbəyovun başı xarabdır. Heç kəs "Milli Şura"nın hesabına heç nə köçürməyəcək". Bunu SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Rüstəm İbrahimbəyovun "Milli Şura"nın hesabına hərə 1 manat köçürsün" çağırışına münasibət bildirərkən deyib.

""Milli Şura" bir manatla imza toplayacaq yoxsa, seçki kampaniyası aparacaq? "Milli Şura"nın xalq arasında hörməti var ki, ona bir manat versinlər? O qədər pulu hara xərclədilər? Hərəsi özünə bir "cip" aldı. Boş şeydir, heç kəs heç nə verməyəcək", - deyə ASDP sədri vurğulayıb.

Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasını məhkəməyə verəcəyi ilə bağlı sərsəm fikirlərinə toxunan Araz Əlizadə deyib ki, bu adam get-gedə "Don Kixot"luq edir: "Rüstəm İbrahimbəyov MSK-nı nə üçün məhkəməyə verəcək? MSK Konstitusiyanın tələblərini pozmadığına görəmi məhkəməyə veriləcək? Ümumiyyətlə, onların hamısı ağıllarını itiriblər".

"Milli Şura" daxilində baş verən proseslərə münasibət bildirən ASDP sədri vurğulayıb ki, nəticə olaraq onların hər biri seçkiyə gedəcək: ""Milli Şura" boş və mənasız qurumdur. Ordakıların ambisiyaları ağıllarından çoxdur".

sia.az

Digər xəbərlər