PDF Oxu

Müxalifət

  • 11

Hafiz Hacıyev: “İbrahimbəyovun pul dilənməsi görüntü xarakteri daşıyır”

Hafiz Hacıyev: “İbrahimbəyovun pul dilənməsi görüntü xarakteri daşıyır”

"Hesab edirəm ki, "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun pul dilənmək aksiyası görüntü xarakteri daşıyır". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.Hafiz Hacıyevin sözlərinə görə, indiyədək bu insanlar "Milli Şura" daxilində milyonlar, milyardlar yığıblar: "Onlar həmin pulu xərcləməkdən ötrü müxtəlif yollara əl atırlar. Belə olan təqdirdə düşünürəm ki, həmin bir manat söhbəti kölgə rolunu oynayacaq. Amma çox təəssüflər olsun ki, bəzi dairələrdən də "Milli Şura"ya xeyli miqdarda pul xərcləyənlər var. Görünür kimlərinsə marağındadır ki, onlar Azərbaycanda qarışıqlıq salsınlar. Hətta mən sizin əməkdaşlıq etdiyiniz SƏS TV kanalında bu açıqlamalarımdan sonra basqılara məruz qaldım. Hətta elə adamlar var ki, "Milli Şura"ya yüz minlərlə, milyonlarla pul köçürəcəklər və bunu da ediblər. Sadəcə olaraq bir manat məsələsi üzdə olan oyundur. Belə ki, həmin pullar da xalqdan yığılıb. Biz onların seçki ərəfəsində onların xeyli miqdarda pul buraxaraq hansı işlərlə məşğul olmasının şahidi olacağıq".

sia.az

Digər xəbərlər