PDF Oxu

Müxalifət

  • 13

Cəmil Həsənli, sən kimsən?

Cəmil Həsənli, sən kimsən?

Və ya özünü təsdiq edə bilməyən biri necə siyasətçi ola bilər?

Yalnız qohumları arasında tanınan C.Həsənlinin namizədliyinin irəli sürülməsi radikal müxalifətin acınacaqlı vəziyyətdə olmasını sübut edir

Məlum olduğu kimi, "Milli Şura"da Rüstəm İbrahimbəyov "erası" başa çatandan sonra ehtiyat namizəd kimi irəli sürülmüş Cəmil Həsənli günləri başladı. Lakin bunun radikal müxalifət üçün nə qədər uğurlu olacağını böyük şübhə ilə vurğulamaq olar. Çünki "Milli Şura"nın namizədi olan Cəmil Həsənli cəmiyyətdə nüfuzu və dəstəyi olmayan birisidir. Hətta Cəmil Həsənlinin "meymun" metodundan geniş şəkildə istifadə etməsi onun haqqında insanların düşüncəsində dolğun təəssürat da formalaşdırıb.

Nə alim kimi alimdir...

"Milli Şura" çalışır ki, Cəmil Həsənlini cəmiyyətə ziyalı birisi kimi sırısın. Həmçinin, onun alim kimi kəm-kəsirlərinin ört-basdır edilməsi üçün müxalifət mətbuatında təbliğat kampaniyası aparılır. Əlbəttə ki, ilk baxışdan müxalifət mətbuatının yazdıqları Seçki Məcəlləsinin tələblərinin pozulması deməkdir. Amma bir qədər dərin təhlil apardıqda görürük ki, əslində, Cəmil Həsənlinin siyasi işə girişməsi onun onsuz da cəmiyyətdə olmayan hörməti qazanmağa cəhd göstərir. Amma həm Cəmil Həsənli, həm də radikal müxalifətin nümayəndələri anlamaq istəmir ki, onların anti-milli fəaliyyəti Azərbaycan xalqına və dövlətinə qarşı çevrildiyindən sosiumun dəstəyini heç bir halda ala bilməzlər. Hətta Cəmil Həsənli alim kimi ziyalı obrazı yaradıb ortaya çıxsa da...

Ümumiyyətlə, Cəmil Həsənli daim anti-milli qüvvələrlə bağlılığını ziyalı siması altında gizlətməyə çalışsa da, buna müvəffəq ola bilmir. Ona görə ki, Cəmil Həsənli hələ də özünü alim kimi təsdiqləyə bilməyib. Yəni, özünü elm sahəsində tapa bilməyən birisi kimi daim ofsaydda qalıb.

Cəmil Həsənli həm də siyasi riyakardır

Cəmil Həsənli özünü təsdiqləyə bilməyən alim olmaqla yanaşı, siyasətdə də öz yerini bilməyən birisidir. Çünki onun siyasi riyakar olması bu gün Azərbaycan cəmiyyətinə əyani sübutlarla bəllidir. Hələ 2005-ci ildə keçirilmiş parlament seçkilərində millət vəkili olmaq üçün sadiq olmağa çalışdığı AXCP-yə arxadan zərbə vurmaqla, siyasi proseslərdə iştiraka başladı. Məhz onun bu hərəkəti hələ də radikal müxalifət düşərgəsində müzakirə mövzusudur və Cəmil Həsənlinin namizəd elan edilməsi zamanı bir sıra müxalifətçilər buna etriazlarını da bildiriblər. Əlbəttə ki, bütün bunları nəzərə aldıqda, o zaman öz siyasi əqidədaşları tərəfindən qəbul edilməyən Cəmil Həsənlinin seçkilərdə hansı resurs və sima ilə iştirak edəcəyini əvvəlcədən təsəvvür etmək çətin deyil. Elə onun millət vəkili kimi "fəaliyyəti" də Cəmil Həsənlinin özü haqqında müəyyən fikir yaradır.

18-ci SD-nin seçiciləri Cəmil Həsənlidən hesabat istəyir

Bilirik ki, Cəmil Həsənli 2005-ci ildə keçirilmiş parlament seçkilərində 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputat seçilimişdi. Bəlkə də, həmin ərazinin sakinləri onun "ziyalı" olmasına aldanaraq, ona səs vermişdilər. Amma seçkilərdən sonrakı 5 il müddətində Cəmil Həsənli bir dəfə də olsun seçicilərilə görüşmədi, onların problemlərilə maraqlanmadı. Görünür, Cəmil Həsənli də İsa Qəmbər, Əli Kərimli kimi vəzifədən yalnız şəxsi mənafeləri naminə istifadə etdi və özünün planlarını reallaşdırdı. Bu gün Cəmil Həsənli deyir ki, seçki üçün müəyyən qədər pul yığıb. Məhz bu fakt bir daha göstərir ki, o, millət vəkili olduğu müddətdə vəzifəsindən sui-istifadə edərək, müəyyən işlər görüb və bu gün də həmin maliyyəni üzə çıxarır. Əlbəttə ki, belə bir məsələ haqqında Cəmil Həsənlinin seçiciləri də məlumatlıdırlar. Ona görə də, 18-ci SD-nin seçiciləri Cəmil Həsənlidən hesabat istəyir. Əgər Cəmil Həsənli bir millət vəkili kimi seçicilərinin qarşısına çıxa bilmirsə, bütün xalqın maraqlarını necə qoruya bilər?

Cəmil Həsənli də ermənilərə bağlı şəxsdir

Qeyd edək ki, Cəmil Həsənlinin qarşıdan gələn seçkilərdə iştirakı da əbəs yerə baş tutmayıb. Faktlar var ki, Cəmil Həsənli anti-azərbaycançı dairələrin dəstəyilə müəyyən maraqlarını reallaşdırmaq və ölkəyə zərbə vurmaq niyyətindədir. Əlbəttə ki, Cəmil Həsənlinin ciddi-cəhdlə erməniləri müdafiə edən Əkrəm Naibovu müdafiə etməsi bir daha isbatlayır ki, onun da fəaliyyətinə ermənilər dəstək verir. Erməni lobbisinin maliyyəsindən qidalanan Cəmil Həsənli Əkrəm Naibov kimi şəxsi maraqlarını həyata keçirmək üçün xəyanətə və riyakarlığa hazır olduğunu bir daha ortaya qoyub.

Cəmil Həsənlinin namizədliyi radikal müxalifətin iflasının göstəricisidir

Bir maraqlı məqam da ondan ibarətdir ki, bu günə qədər bir-birilə namizədlik uğrunda ölüm-dirim mübarizəsi aparan radikal müxalifət nümayəndələri gözlənilmədən cəmiyyətdə nüfuzu olmayan birisinin namizədliyini irəli sürdü. Elə əvvəlcədən söyləyək ki, Cəmil Həsənlinin namizədliyi radikal müxalifətin iflasının göstəricisidir.

Birincisi, ona görə ki, İsa Qəmbər, Əli Kərimli və digərləri yaxşı anlayırlar ki, onlar namizədliklərini irəli sürsələr, Prezident İlham Əliyevlə mübarizədə çox ağır məğlubiyyətə düçar olacaqlar. İkincisi, Cəmil Həsənlinin namizədliyi ona görə irəli sürüldü ki, o, çox nüfuzsuz və zəif birisidir, sonradan müxalifətçilik iddiasında İsa Qəmbərin, Əli Kərimlinin qarşısına keçə bilməsin. İstənilən halda, İsa Qəmbər, Əli Kərimli və digərləri Cəmil Həsənlinin riyakarlığı haqqında məlumatlıdır. Məhz yalnız qohumları arasında tanınan C.Həsənlinin namizədliyinin irəli sürülməsi radikal müxalifətin acınacaqlı vəziyyətdə olmasını sübut edir.

Bir sözlə, ortada olan mənzərə isbatlayır ki, bu gün radikal müxalifət konkret olaraq, seçkilərə hazır deyil və yaranan situasiyaya uyğun olaraq, onların məğlubiyyəti qaçılmaz olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər