Yaxud belə getsə sabah balkonlardan "atom", "neytron", "lazer" də atacaqlar
"Milli Şura"nın "ehtiyat vahid namizədi" Cəmil Həsənli ənənəvi müxalifətin köhləmiş şoularından birini, daha dəqiq desək, prezidentliyə namizədliyini irəli sürəndən bəri izləndiyini bildirir. Xatırlatmaq yerinə düşərdi ki, ondan əvvəl yerdə qalan müxalifət "liderləri" də bu kimi siyasi şoular göstərərək, ucuz oyunbazlıqlara gedir, ətraflarında xal toplamağa cəhd edirdilər. Ona görə də C.Həsənlinin tumanını başına çəkib bar-bar bağırmasındqan təəccüblənməyə dəyməz. Gəlin özümüz-özümüzlüyümüzndə C.Həsənlinin sözügedən və kişiliyə yaraşmayan hərəkətlərini təhlil edək. Məsələn, onun dediyinə görə, yaşadığı evin ətrafı, onun hara gedib-gəldiyi, kimlə görüşdüyü izlənilir, hətta bəzi hallarda fotoları da çəkilir. Digər məlumata görə, guya ki, avqustun 26-da axşam saatlarında Cəmil Həsənli evinə gedərkən ona xəsarət yetirməyə cəhd olub. Guya C.Həsənli yaşadığı ünvana daxil olanda binaların birindən üstünə qaynar maye atıblar. Hətta bu minvalda "hadisənin şahidləri" də peyda olub. "Şahidlər" bildirib ki, maye 2 və ya 3-cü mərtəbədən atılıb. Lakin "xoşbəxtlikdən" C.Həsənlinin mühafizəçiləri onu təhlükədən qoruya bilib. Hətta dırnaqarası sui-qəsdin dırnaqarası "şahidləri" deyir ki, mayedən xüsusi qoxu (?!-Q.Z.) gəlirmiş. Guya ki, bu, "kimyəvi maye" olub. Və...
Və bundan sonra müxalifət mətbuatı başladı, nə başladı! Rüstəm İbrahimbəyov o saat durdu o tərəfdən nəsə bir söz hürdü, Əli Kərimli burdan miyoldadı, İsa Qəmbər də o yandan nə isə "dızıtdı". Beləliklə, bunların əlinə yenidən girəvə düşdü, nə düşdü!
Yazıq Əflan İbrahimov bar-bar bağırır ki, bunlar Azərbaycanı Suriyaya çevirmək istəyirlər, inanmırdılar. Baxın, artıq kimyəvi silah da işlədilib. Bir azdan sonra hətta "Milli Şura"ya qarşı nüvə silahından da istifadə olunacaq. Daha sonra lazer, hələ icad olunmayan texnologiyaların söz-söhbəti başlanacaq. Məncə, bunlar öz bacarıqlarını ədəbiyyat sahəsində də sınasaydılar, dünyanın ən tanınmış fantastlarını kölgədə qoyardılar. Daha Hollivudun məşhur fantastik ssenaristlərinə də ehtiyac qalmazdı. Deyirəm bəlkə də burada Rüstəm İbrahimbəyovun da əli ola bilər. Vallah, onlardan hansı rəzilliyi desən gözləmək olar.
Başqa tərəfdən, bir adama deyərlər ki, ay Cəmil, əgər düşünürsən ki, səni izləyən xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, yanılırsan. Səni izləyən heç də xüsusi xidmət orqanlarının əməkdaşları deyil. Köhnə günahlarına əlavə olunmuş yeni qəbahətlərinin cisimləşmiş obrazıdır səni izləyən. Onların materiallaşmasını da Rüstəm İbrahimbəyov-Eldar Namzov-Eldəniz Quliyev üçlüyü ilə Çukotka şamanları təşkil ediblər. Məqsəd səni Rüstəm İbrahimbəyovun yolundan kənarlaşdırmaq və İsa Qəmbər-Əli Kərimli cütlüyünün burnunu ovmaqdır. Amma sən təslim olma. Yamaykadan Vudu şamanlarını dəvət et. Rus demişkən, "Protiv loma net priyoma, yesli net druqoqo loma".
Bayaq dediyimiz kimi, boş-boş şeydən hay-küy salmaq, süni şoular yaratmaq müxalifətin köhnə peşəsidi. İndi də yeni bir sensasiya yaratmaq ərəfəsindədilər - "Cəmil Həsənlinin üzərinə kimyəvi maddə atılıb!" Əgər doğrudan da belə bir şey olubsa, aidiyyəti dövlət orqanlarına müraciət elə, ekspertlər səviyyəsində o mayenin nə olduğunu müəyyənləşdirsinlər. İkincisi də Bakıda istənilən yaşayış binasının qabağından 10 dəfə keçsən bunların birində yuxarıdan çirkli su, "Azadıq", "Yeni Müsavat" qəzetlərinin parçaları, meyvə qırıntıları, qarpız qabığı, banan, nə bilim, digər bu kimi şeylərin atıldığının şahidi olarsan.
Bu kimi sərsəm iddialar heç kimin tanımadığı C.Həsənlini seçkiyə ay yarım qalmış cəmiyyətə "tanıtmaq" üçün olduğca primitiv "PR"-gedişdir. Güya Cəmilin başına balkondan hansısa kimyəvi maddə töküblər və yalnız cangüdənlərin "fədakarlığı" onu qoruyub. Adamdan soruşarlar ki, əgər onun "fədakar" cangüdənləri öz bədbəxt canlarını (çünki Cəmil kimi səviyyəsizə görə cavan canı qıymaq günahdır - Q.Z.) sipər edərkən, həmin "kimyəvi maddədən" bir damcı da olsa üzərlərinə düşərdi. Yəqin, cangüdənlər dərhal zont açıblar, yoxsa göydən yağan suyun qarşısını necə almaq olar? Ancaq nədənsə bu, ssenariyə düşməyib. Gələn dəfə salarlar. Yaxın günlərdə daha bir "qəribə" sui-qəsd, məsələn, balkondan kiminsə C.Həsənliyə nizə və ya ox atdığını eşitsəniz, təəccüblənməyin.
Qismət Zəngibasarlı
P.S. Deyirəm ay Cəmil "bəy", əgər sən öz canını bu qədər çox sevirdinsə, niyə öz sözünün əleyhinə gedərək, "Milli Şura"nın ehtiyat "vahid namizədi" olmağa razılıq verirdin? Bir də ki, əsil millət fədaisi canından qorxmamalıdır. Ağciyər olma, a Cəmil!