PDF Oxu

Müxalifət

  • 7

Yenə də rüsvayçılıq olacaq!

Yenə də rüsvayçılıq olacaq!

"Milli Şura"nın 19 avqust bazarı yadınızdadır. Eynilə hakimiyyətdə olduqları dövrdə talonla verilən yağ növbəsini xatırladırdı. Hamı yağ almağa gəlirdi, amma çoxusu talonunu itirirdi, sonra da başlayırdı başqalarının cibinə girməyə, axırda da dava-dalaş düşürdü. Müxalifət elə bir mitinq keçirdi ki, bunun rüsvayçılığı haqda çox danışmışıq. Ancaq "Milli Şura" sentyabrın 15-də yenidən mitinq keçirmək fikrindədir.

19 avqust mitinqində Rüstəm İbrahimbəyovun yekə bir şəkilini yapışdırmışdılar tumbuçkanın qabağına, indi də Cəmil Həsənlinin portretini vuracaqlar ora. Amma Rüstəmin adı bir dəfə çəkilmədiyi kimi, Cəmilin də adı çəkilməyəcək.

Yadımdadır, İsa Qəmbər mitinqdə çıxış eləyəndə Cəmil Həsənli əlində bir-iki qəzet kənarda hasara söykənib ona baxırdı. Üzündən hiss olunurdu ki, mitinq ürəyincə deyil, iştirakçıların da hərəsinin əlində bir "Bonaqua" suyu o yan-bu yana şütüyürdülər. Sonra əllərindəki "Azadlıq" və "Yeni Müsavat" qəzetindən papaq düzəldib, başlarına qoydular ki, günəşdən qorunsunlar. Hər biri XIV əsr dərvişlərini xatırladırdılar.

Görəsən, bu dəfə necə olacaq? Əvvəla, artıq hava sərinləşib, daha qəzeti tum qabı ( semiçka qabı) və papaq edib başlarına qoymağa ehtiyac olmayacaq. İkincisi, 19 avqust uğursuzluğuna görə bu mitinqə əvvəl gələnlər də daha gəlməyəcək. Üçüncüsü, Müsavat mitinqdə iştirak etməyə də bilər ki, nəticə də 10-15 nəfərçənin ordan "İsa bəy" böyürtüləri əskilə bilər.

Amma deyirlər ki, Cəmil Həsənliyə məsləhət ediblər ki, Cəlilabadın müxalifətçiləri xüsusi maşınlarla Bakıya gəlsinlər. Yəni "Milli Şura" cəlilabadlıların mitinqdə iştirakı üçün ayrıca avtobuslar tutsunlar. C.Həsənli də razılıq verib, yəqin buna çalışacaqlar. Amma cəlilabadlının "20-ci sahə"də nə iti azıb ki, təsərrüfatını qoyub gəlib burda səsini başına atsın!?

Növbəti mitinq keçirmək istəyi təsadüfi deyil, bu, əvvəlki uğursuzluğun pərdələnməsi və alınan pulların silinməsi üçün atılan addımdır. Yeri-göyü yarası deyillər ki. "20-ci sahə"də mitinq idi, amma orada yaşayan sakinlər bilmirdi bunu. Dükançılar bir-birilərinə deyirdilər ki, "bu gün sularımız çox satıldı, amma nə məsələdir?" Köhnə vahid namizədi elə bil şimşək vurub, Rüstəm kişinin daha səsi çıxmır, 15 sentyabr aksiyasından sonra Cəmilin də səsi batacaq.

Samir

Digər xəbərlər