PDF Oxu

Müxalifət

  • 10

Arif "işarə" elədi

Arif "işarə" elədi

Allah bu Arif Hacılının şər-xatasından hər kəsi iraq eləsin. Ruslar demişkən, "vapşe delovoy" adamdır Arif, kimin qələmini qırırsa, daha kimin yapışqanını vursa, o qələm birləşməz. Arif arabir danışır, danışanda da ağına-bozuna baxmır, dünən dost dediyi müxalifətçi insanları bu gün bir-birinə qatır. Yeri gəlmişkən, Arif Hacılıya belə çoxmu zəng gəlir ki, 3 mobil telefon işlədir? Nə isə, bu, başqa məsələ. Keçək Arif yoldaşın müxalifət haqqında dediklərinə: "Demokratik müxalifətin birliyi dedikdə, biz başqa formatı nəzərdə tuturduq. Əvvəlcədən hansı addımların atılmalı olduğunu bildirmişdik. Çox təəssüf ki, müxalifətin ən geniş koalisiyası adı altında belə bir tərkib formalaşdı. Biz bu şəkildə, yəni formal olaraq, özünü müxalifətçi elan etmiş hər kəsin bir çətir altında birləşdirilməsinin fəsadlarının olacağını da qabaqcadan demişdik".

Müxalifət liderlərini dolayısı ilə səriştəsizlikdə suçlayan A.Hacılı son günlər "Milli Şura" daxilində baş verən istefaları və qarşıdurmaları prosesləri də şərh edib. Deyib ki, bu fəsadlar artıq göz qabağındadır: "Çünki seçki kampaniyasının getdiyi bir dövrdə elə siyasi qüvvələr var ki, bu kampaniyaya heç bir dəstək vermir. Adi partiya üzvünün verdiyi dəstək qədər kömək etməyən, ancaq gurultulu adları olan siyasi qurumların rəhbərləri müxtəlif bəyanatlarla faktiki olaraq seçki prosesinə ziyan vururlar. Bununla da müxalifətin ən geniş koalisiyası adlanan konsepsiya faktiki olaraq iflasa uğradılır".

Çox gözləməyə ehtiyac qalmadı, artıq Müsavat funksionerləri özləri etiraf edirlər ki, "Milli Şura"nın indiki formatı əvvəlcədən onların ürəyincə olmayıb. Sadəcə, Rüstəm İbrahimbəyovla Eldar Namazovun qurduqları tora düşüblər. Belə olan halda İ.Qəmbərə sual verən gərəkdir ki, "Ay sənin 20 illik siyasi təcrübənə quzu kəsim, başqa vaxt mənəm-mənəm deyirsən. Amma adi kino işçisi və siyasi reneqat səni barmağına doladı". Müsavatın quyruğuna "Milli Şura" vedrəsinin bağlanmasında Əli Kərimlinin də böyük rolu olub. Çünki vedrəni Müsavatın quyruğuna yaxınlaşdıran R.İbrahimbəyovla E.Namazov idi, onu quyruğa bağlayan isə Ə.Kərimli oldu. Ona görə də Müsavat başbilənlərinin ah-uf etməsi gülməli görünür.

Hələ bu harasıdır ki, 5-6 gündən sonra İsası, Əlisi, Vəlisi, Pirvəlisi hamısı çıxıb sandığı açıb pambığı tökəcəklər. Ənənəvi olaraq bir-birilərinin ailələrini də qara qəpik kimi dağın başına qoyub güllə atacaqlar. Necə ki, seçki ərəfəsində erməni dayılarının verdiyi pullara görə tətiklərini dövlətçiliyimizə tuşlayıblar. Amma bu tətik silah-zad deyil ha, sadəcə, "radatka" kimi bir şeydir. Yəni çox dartsan, elə öz əlində qırılıb qalacaq.

Samir

Digər xəbərlər