"Milli Şuranın London səfəri ATƏT-in Minsk Qrupunun Azərbaycana səfərinə bənzəyir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə açıqlamasında deyib. O bildirib ki, Milli Şuranın xaricdən dəstək alması mümkünsüzdür ona görə ki, özgə işığına ümid edən şamsız qalar.Onun sözlərinə görə, Milli Şura milləti təmsil etmir: "Milli Şura bir-birilərini gözü götürməyən, bir-birilərinə nifrət edən insanların yığıncağıdır. Bu insanlar da ona görə birləşmişdilər ki, Rüstəm İbrahimbəyov onlar üçün yaxşı namizəd idi. Yəni bilirdilər ki, Rüstəm İbrahimbəyov keçməyəcək və bunların özləri seçkilərdə iştirak edəcəklər. Amma məsələ burasındadır ki, himayədarlar yenə tələb etdilər ki, hərhalda vahid namizəd ilə seçkiyə getməlisiniz".
sia.az