Bir neçə gün öncə prezidentliyə namizədlərin seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində teledebatda yaşanmış "Cəmil Həsənli - Hafiz Hacıyev biabırçılığı" hər kəsdə ikrah və əsəb hissi doğurdu. Hamı bir daha Cəmil Həsənlinin simasında dağıdıcı, müxalifətin iç üzünü gördü, onların mənəviyyatsız və xəstə təfəkkürünün, apardıqları təhqir və böhtan siyasətinin şahidi oldu. Əslində quldur, cibgir, mənəviyyatsız və gərəksiz adamların toplaşdığı "Milli Şura"nın namizədindən bundan artığını gözləmək də sadəlövhlük olardı.
"Sən qələtini elə, söz veriləndə danışarsan ..."
"Milli Şura" "başbilənləri"nin xəstə təfəkkürünün məhsulu olan və təhqir üzərində qurulan seçki platforması yalnız onlar kimi düşünənlərin, həmin mənəviyyata sahib olanların xoşuna gələ bilərdi. Odur ki, bir qrup adamcığaz C.Həsənliyə "dəstək kampaniyası"na start verib. Maraqlısı budur ki, həmin adamcığazların başında yenə də Rüstəm İbrahimbəyov özü dayanıb. Belə ki, məlum hadisədən sonra R.İbrahimbəyov qərar verib ki, C.Həsənlinin səhvlərinə bəraət qazandırsın və onun "düz" olduğuna kimlərisə inandırsın. Buna görə də gücü verib dağıdıcı müxalifətin nəzarətində olan qəzetlərdə Cəmilin "dəstəklənməsi"nə.
Deyəsən, bu Rüstəmçikin səsi ancaq mitinqdən-mitinqə çıxır. Hamının hələ də yaxşı yadındadır ki, dağıdıcı müxalifətin fiaskoya uğramış 18 avqust mitinqindən əvvəl və sonra bu adamcığaz bir xeyli boş-boş çərənləyib camaatın zəhləsini tökmüşdü. Amma ətrafında olanlardan, yanında saxladığı ünsürlərdən başqa heç kim ona qulaq asmayıb, sözünə əhəmiyyət verməmişdi. Çünki ağıllı insanlar yaxşı bilirlər ki, R.İbrahimbəyov ciddi adam deyil və heç bir halda onun ətrafında birləşmək, ona inanıb iş görmək olmaz. Bu özü - özünü oda atmaqdan başqa bir şey deyil. Son iki ayda səsini başına atıb səs-küy salan Rüstəmçikin son mitinqdən sonra səsi əməlli-başlı kəsilmişdi. Bu, o demək idi ki, "Qumarbaz qoca" kinoçəkən etdiyi səhvlərini etiraf edib, çəkilmişdi bir qırağa. Amma görünür, ünvanına qəbul etdiyi "xoş sözlər" azlıq edib ki, R.İbrahimbəyov yenə də nəsə deməyə söz tapıb. Kiminsə tərəfinə keçib söz demək istəyir. Elə indi "Yol əhvalatı" filmindəki həmin məşhur frazanın tam yeridir: "Sən qələtini elə, söz veriləndə danışarsan ..."
Sadiq