Cəmil Həsənlidən dərs alan, İsa Qəmbərdən qidalanan bir insandan başqa bir şey gözləmək olmaz
"Ümid" partiyasının sədri İqbal Ağazadə Ağstafada mitinq keçirmək üçün əvvəlcədən rayon rəhbərliyi ilə razılaşdırılmış şərtləri pozub və sonra da car çəkib ki, mənə imkan vermirlər mitinq keçirəm. Bu dazbaşın tükləri töküldüyü kimi, diyəsən, başının içi də boşalıb və ağlı tamamilə itib. Axı harda görünüb ki, əvvəlcədən razılaşdırılmış şərtləri pozduqdan sonra heç bir tədbir görülməsin. Rayon rəhbərliyi və hüquq-mühafizə orqanları təbii ki, İ.Ağazadənin mitinq adı altında iğtişaş törətmək cəhdinin qarşısını almalıdır. Deyəsən, İqbal Ağazadə üçün qanun-qayda deyilən heç nə yoxdur. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli kimi mənəviyyatını itirmişlərdən dərs alıb, onların yolunu gedən İ.Ağazadə heç vaxt uğur qazana bilməz.
Gözlərindən xalqa qarşı nifrət, kin yağan, başının tükü içindəki çirkablıqdan tökülən "Ümid" partiyasının sədri seçki öncəsi şou göstərməklə məşğul olur. Çünki belələrinin platforması olmadığına görə, klonluqla diqqət mərkəzinə çevrilmək istəyirlər. İ.Ağazadənin yanında quyruq bulayan müavinləri və bəzi canfəşanlıq göstərən partiya üzvləri mətbuata yalandan açıqlama verirlər ki, güya Ağstafa rayonunda mitinq keçirmək istəyərkən onlara qarşı hansısa təzyiqlər göstərilib. Lakin rayon sakinlərinin və əhalinin sözlərinə görə mitinq üçün ayrılmış yerlərdə heç bir problem yoxdur və İ.Ağazadəyə öz mitinqini keçirə biləcək şərait yaradılıb. Ancaq İ.Ağazadə mitinqi iğtişaşa çevirmək üçün hay-küy salmaqla məşğul olub. Məhz bu səbəbdən də hüquq-mühafizə orqanları onlardan qanuna tabe olmalarını tələb edib. Qanundan başı çıxmayanlar isə bu tələbi təzyiq kimi başa düşübsə, bura da hansısa qeyri-demokratik şəraitdən söhbət gedə bilməz.
Qeyd edək ki, Azərbaycanı sevməyən xarici qüvvələrdən aldıqları pulun qarşılığında onlara hesabat verən İ.Ağazadə və digərləri bu oyunlardan ona görə çıxırlar ki, onlara ağaları belə tapşırıqlar verib. Bu tapşırıqları yerinə yetirməsələr, haram yedikləri pullar əllərindən çıxar. Bunlar isə harama öyrəşib, necə əl çəksinlər?!
Sonda isə İ.Ağazadə də, "Ümid" partiyasının aparat rəhbəri Nəsimi Məmmədli də, İ.Ağazadənin səlahiyyətli nümayəndəsi Rüstəm İzzətli bilməlidirlər ki, onlara heç vaxt Azərbaycanda qarşıdurmalar və iğtişaşlar törətməyə imkan verilməyəcək.
Cahid Süleymanov