Dağıdıcı müxalif ünsürlər daha lotuluq eləyə, tapançanı belinə qurşayıb onun-bunun başına dirəyə bilmirlər. 1990-cı ilin əvvəllərində indiki müxalifət funksionerlərinin rayonlarda, Milli Məclisdə, şəhərin mərkəzi küçələrində özündən "Sprut" yaratmaq cəhdi kimsənin yadından çıxmayıb.
O vaxt Bakı şəhərində şəxsi münasibətlər zəminində böyük bir silahlı dava düşmüşdü. İsgəndər Həmidov da həmin ərəfədə daxili işlər naziri idi, ancaq daxili işlərdən başqa hər şeylə məşğul olurdu. Həmin davada ölənlər, yaralananlar da var olub. Bu dəmdə İ.Həmidova deyiblər ki, filan yerdə atışma olub, bir kişinin oğlu başqa bir kişinin oğlanlarını güllələyib. Güllə atmaqdan ötrü sinov gedən İsgəndər bunu eşidər-eşitməz durub həmin yerə gedib. Hər iki tərəfin qohumlarını yığıb, guya tənbeh edirmiş kimi, cinayətkarın atasının ayağının altına iki güllə atıb çıxıb getmişdi. Cinayətkarı da bir müddət həbsə salıb, sonra öz mühafizəsinə "qoçu" götürmüşdü. İndi bu adamın yanıqlı-yanıqlı danışması, tumanını başına keçirib hay-həşir salması ondan ötəridir ki, o, bu cür düşük hərəkətlər edə, qanunsuz işlər görüb insanların gicgahına silah dirəyə bilmir. Bir də eşidəcəksiniz ki, İ.Həmidov barıt həsrətindən çezib o dünyalıq olub.
AXP sədri Pənah Hüseyn hələ Milli Azadlıq hərəkatı dövründə yaradılan "Cəvahir" fondunun dibini də qazımışdı. Dağlıq Qarabağa kömək məqsədilə təsis edilən bu fonda 10 tona yaxın qızıl yığılmışdı. Hər bir azərbaycanlı, kişili-qadınlı hər kəs öz qızıllarını bu fonda vermişdilər. Ancaq nəticə nə oldu? Fondu dağıtmasınlar, xaricə daşımasınlar deyə haqq səsini ucaldanlar oldu. Ancaq onların da səsini elə yerindəcə kəsdilər. Həmin bu P.Hüseyn diplomatlarla xaricə daşıdığı o qızılların hesabına hələ də şad-xürrəm yaşayır. İndi bu ünsürlər zəli kimi yapışıb millətin yaxasından əl çəkmirlər ki, çəkmirlər.
Guya kişinin uşaqları seçki təbliğatı aparırlar. Bu qədər namizədin ola, ancaq içində bir normal cinsi əlaqədən doğulanı olmaya, bax, budur işləri korlayan. Yolda, kol dibində, tövlədə, damın belində, eşşək üstündə, nə bilim, hansısa dərənin dibində bünövrəsi qoyulanlar indi guya sağlam nəsil yetişdirmək istəyirlər. Öz övladlarının öhdəsindən gələ bilməyənlərin bu boyda millətə söz keçirəcəyi adamda təbəssüm yaradır.
Utanmadılar, dedilər ki, guya Cəmil Həsənlinin mitinqində yüzlərcə adam iştirak edib. Sonra özlərini biabır elədilər. Belə ki, "Azadlıq" qəzetində mitinq fotoları dərc edəndə, binanın üstündən bir şəkil də vermişdilər. Şərəfi, vicdanı olan, özünə və ailəsinə hörmət qoyan istənilən adam o şəkilə baxıb haqqı desin. Barmaqla sayılacaq qədər adam var idi, sadəcə, çox görsənsin deyə pərən-pərən düşmüşdülər. Ancaq yenə də stadionda insan üzündə xal, ləkə kimi görsənirdilər.
Artıq az qalıb, seçkidən sonra o xal da üzdən silinəcək, təbii proses olaraq. Çünki insan inkişaf etdikcə, böyüdükcə onda olan o cür ləkələr tədricən məhv olub gedir.
Samir