PDF Oxu

Müxalifət

  • 16

İSGƏNDƏRİN BUYNUZU VƏ YA BOZ ÇAQQAL

İSGƏNDƏRİN BUYNUZU VƏ YA BOZ ÇAQQAL

Əslində mən burada dillər əzbəri olmuş əfsanə barədə yazmağı düşünmürdüm. Çünki köşə yazımın məqsədi həmin o əfsanədəki hökmdar İsgəndəri vəsf eləməkdən ibarət deyil, əksinə, BOZ ÇAQQALLARIN BAŞ ULAYANI İsgəndər Həmidovun kimliyi ətrafında kiçik bir müzakirə açmaqdır. Kimdir İ.Həmidov? İlk növbədə bu dırnaqarası adam, yaxud da adamcığaz bəlkə də bu ölkənin ən birinci əyyaşı və o...şıdır. Daha dəqiq desək, ŞƏRƏFSİZİ! Bir halda ki, insanın mübarizə həddi küfrə, söyüşə "əsaslanırsa", demək, onda siyasi sifət, siyasi sima deyil, siyasi fahişəlik fizionomiyası mövcuddur.

ŞƏRƏFSİZLİKLƏRİNƏ MIX ÇALANLAR

Yəqin ki, dəyərli oxucularımız söhbətin nədən ibarət olduğunu bildilər. "Milli Şura"nın son mitinqində (Bu mitinqin də ötənlərdən fərqli olmadığı barədə uzun-uzadı yazmaq istəməzdim. Çünki hər şey göz önündədir - R.) aksiyanı qumar meydanına çevirən BOZ ÇAQQAL azmış kimi, ağzına gələn ifadələrlə istər oradakıları, istərsə də ətraf binalarda yaşayan sakinləri təhqir etmiş oldu. Beləliklə, Cəmil Həsənlinin debat həqarətləri bu dəfə "Milli Şura"nın mitinqində də təkrarlandı. Yəni bunlar öz şərəfsizliklərinə, ləyaqətsizliklərinə elə BOZ ÇAQQAL kimi mıx çaldılar. Sübut olundu ki, belələrinin siyasi mübarizələri bundan o tərəfə keçmir.

Bir balaca boyu ilə başından böyük qələtlər edən İ.Həmidovun seçkilər ərəfəsində buynuzunun çıxması bir daha təsdiq etdi ki, artıq onun həmin buynuzunun qırılmaq vaxtı çatıb. Hətta mən onun buynuzunun qırılma tarixinin dəqiq vaxtını da mərcsiz-filansız deyə bilərəm - 9 oktyabr 2013-cü il.

BİR YUMRUQLUQ "ADAM"

Bu arada çox hörmətli aktyorumuz Rasim Balayevin bu ilin fevralında İ.Həmidov adlı BOZ ÇAQQAL haqqında dediyi fikirləri yada düşür. Belə ki, bilinməyən səbəblərdən Azərbaycanın xalq artistini hədəfinə alan Həmidov guya Rasim müəllimi kino pavilyonunda döydüyünü iddia etmişdi. Lakin Rasim Balayev onun həqarətlərinə bu cür cavab verib: "İsgəndər Həmidov mənim yarım boydadır. Bir yumuruq qoysam, kifayətdir. O kimdir ki, məni döyüb maşının altına salsın".

İndi ay BOZ ÇAQQAL, sən nəsən və kimsən ki, bu boyda xalqı (çünki o həqarət edərkən, ətraf binaların sakinləri, qız-gəlinlər də bunu eşitməyə məcbur oldu -R.) nəzərə almayaraq qatıq-qatıq ulayırsan?! Bəs demirsənmi ki, Rasim Balayevin yumruğu qalsın bir yana, xalqın yumruğu başına dəyəndə, həmin o bir balaca boyun yerin tərkinə girər və bir daha çıxmaz?!

Onu da unutma ki, sənin kimi çaqqallar elə çaqqal olaraq da qalacaq. Çünki çaqqallar tək-tək gəzməyə qorxurlar. Onlar hər zaman sürü şəklində toplaşıb ora-bura hücumlar edirlər. Ancaq hər zaman məğlub ayrılırlar. Onlara qalan isə sür-sümük olur. Ona görə də ay buynuzlu İsgəndər, get BOZ ÇAQQALLIĞININ dalınca sümük gəmirməyə.

RÖVŞƏN

Digər xəbərlər