PDF Oxu

Müxalifət

  • 9

Turqutun Qəmbərdən xəbəri yoxdur

Turqutun Qəmbərdən xəbəri yoxdur

İndi durub adama deyərlər ki, gərək siyasətçinin özündən yazasan, onun özünü tənqid edəsən. Amma bilmədən qulaq müsafiri olmaq da bir şey deyilmiş, məcbursan ki, bunu da yazasan. Həm kiminsə balasını yox, elə özünü tənqid edirik, sadəcə, tənqidin istiqamətləri dəyişir.

AXP sədri Pənah Hüseyni çoxunuz tanıyırsız, amma Vaqif adlı oğlunu özündən, qohumlarından və tələbə yoldaşlarından başqa kimsə tanımır. Deyirlər ki, atası kimi deyil, alababat gəncdir. Yəni atası kimi hər zadın içinə "quqqulu eləyib" tullanmır.

Vaqif bu yaxınlarda dostlarından birinə deyirmiş ki, mən atamdan tamam fərqli adamam, onun kimi utanmaz deyiləm, yəni mən çox şeyə görə utanıram. Atasına "düşüb ortaya alət olub" deyən Vaqif onu da bildirib ki, əgər mən bu qədər illəri siyasətdə olub heç nə qazanmasaydım, daha bir də çölə çıxmazdım. Belə baxanda, kişinin oğlu atasını haqlı yerə tənqid edib.

Dostları da deyir ki, hələ o vaxt biz tələbə olanda Vaqif II kursa qədər siyasətdən də danışmırdı. Atasının adını çəkəndə, P.Hüseyn deyəndə, siyasi bir fikir irəli sürəndə, o dəqiqə Vaqif burununu sallayıb, acıqlı-acıqlı çıxıb gedirmiş.

Belə baxanda, müxalifətçi liderlərin övladları özlərindən bir az "obyektivdirlər".

Məsələn, 2000-ci ildən 2008-ci ilə qədər Sərdar Cəlaloğlunun oğlu ali məktəblərdə min bir oyunbazlıq elədi. Oxuduğu Təfəkkür Universitetini 2006-cı ildə bitirsə də, hələ 2 il də ordan əl çəkmədi. Gah tələbələr onu döyürdü, gah da o, kiminsə pulunu alıb qaçırdı. Orada oxuyanlar bilir, yəqin yadlarında olar ki, həmin ali məktəbin ingilis dili fakultəsində təhsil alan qız Cavidi universitetin həyətində necə döymüşdü.

Siz hələ Müsavat başqanının oğlunu küçədə yeriyəndə, ətrafındakının ona baxdığını görəndə nitqini necə cilaladığını görməmisiz. Elə bil ki, elçilik-zaddı və kimsə də bunu bəyənməyə gəlib. Guya pul yox, para yox, elə bil ki, o, gizli biznesdən özlərinin belə xəbəri yoxdur. Yazıq görkəmdə "Həzi Aslanov"dan 120 nömrəli marşruta minib, hamını üzünə nəzərlərini salıb, daha sonra bir müxalifətçi baxışı ilə marşrutu tərk edən Turqutun guya ki, Qəmbərdən, onun gəlirlərindən və pulundan xəbər-ətəri yoxdur.

Hər halda yaxşı övladlar pis ataya, məqsədsiz valideynə görə heç bir məsuliyyət daşımır. Ancaq pis övlad elə pis atanın övladı kimi də növbəti bir pisliyə hazırlaşır.

Samir

Digər xəbərlər