PDF Oxu

Müxalifət

  • 11

Rəsul Quliyevin "Ə" marşı

Rəsul Quliyevin "Ə" marşı

Yaşlı nəslin yadındadır ki, Rəsul Quliyev hələ spiker olan vaxtda da, daha dəqiq desək, ölkəni çapıb-taladığı zamanlarda da "Ə" hərfindən çox istifadə edirdi. Qəribə də nitq alınırdı. Rəsulu "Ə"siz təsəvvür etmək olmurdu. Bir də görürdün ki, Rəsul ABŞ prezidentinə deyir ki, "əəəə", ikitərəfli əlaqələrin inkişafı bizə lazımdır: Ə, vapşe, bilirsən ki, ABŞ prezidenti kimi mazqimizi eləmisən bizim.

Həqiqətən də belə danışırdı. Uzun zamandır onun bu möhtəşən nitq mədəniyyətinin şahidi olmamışdıq. Əhsən, Rusiyaya, bu zövqü yenidən bizə yaşatdı. Sülhəddinlə onun telefon danışığı, belə desək, lap inqilabi bir şey oldu. Baxın, Rəsul Sülhəddinə deyir ki, "ə, yaxşı eləmisən o mitinqə getməmisən. Ə, arxada gizlənmişdin deyəsən. Ə, vapşe, orada multfilm düzəltmisiniz ə. Eldar da gəlib oturub ......başında. Ayıb-ayıb işlər görürsünüz ə." Sonra da Sülhəddini alqışlayır ki, sən özünü qırağa çəkə bilmisən. Bu nitqin "gözəlliyi"nə insan heyran qalmaya bilmir. Lakin bu telefon danışığı bir neçə faktı bir daha təsdiqləmiş oldu.

Əvvəla, onu sübut elədi ki, Rəsul Quliyev 18 ildir ölkədən qaçsa da, hələ də ciddi ola bilməyib, öz nitqinin belə cilovunu yığa bilməyib. Necə deyərlər, köhnə hamam, köhnə tas. İkincisi, Rəsulun müxalifət lidelərinə, xüsusilə İsa, Əli, Eldar və başqalarına olan pis münasibəti bir daha ortaya çıxmış oldu. Çünki Rəsul onlara qarşı bu qədər "etik" danışdığını heç vaxt göstərməmişdi. Başqa bir tərəfdən, Rəsul dolayısı ilə etiraf elədi ki, müxalifətin şansı yoxdur və heç vaxt da olmayacaq. 100-200 nəfəri futbol meydançasına yığıb heç meydanın bir küncünü də doldura bilməyən müxalifət özünü biabır eləməkdən əl çəkmir. Həmçinin, bu, həm də müxalifət liderlərindən biri kimi Rəsul Quliyev timsalında bütün müxalifət liderlərinin əxlaq göstəricisidir. Axı biz demişdik ki, seçki yaxınlaşdıqca müxalifət liderlərinin özlərindən müştəbeh olduqları ortaya çıxacaq, bədnam işlərin sonu 40 gün çəkir axı.

Deyilənə görə, Eldar Namazov ətrafına baxıb, harda oturduğunu lap dəqiqləşdirəndən sonra Rəsulun ünvanına o qədər "tərif" deyib ki, yorulanacan. Sülhəddin isə, İsa Qəmbərin gözünə görsənmir. Bu boyda yalan olmaz axı. Necə olur ki, hansısa məmur əleyhinə kimsə bir səs yazısı, ya da video yayır, o zaman müxalifət deyir ki, doğrudur. Ancaq öz zibilləri ortaya çıxanda deyirlər ki, montajdır. Bu, ona bənzəyir ki, əlində tutursan, amma boynuna qoya bilmirsən. Amma bundan sonra müxalifət lideləri özləri boyunlarına "alacaqlar."

Samir

Digər xəbərlər