RÜSTƏM İBRAHİMBƏYOVUN KİTABI BAĞLANDI
"Milli Şura"nın birinci "vahid namizədi" Rüstəm İbrahimbəyovun, sözün əsil mənasında, kitabı bağlanıb. Rus demişkən, onun mahnısı çoxdan oxunub. Nə səsi gəlir, nə sorağı. Sadəcə, mitinqdən-mitinqə uzaqdan Rəsul Quliyev kimi səsi gəlir, özü yox. Belə ki, özünü siyasətçi yox, kinorejisor hesab edən R.İbrahimbəyov bir neçə gün öncə İTV-də namizədlərin debatı zamanı baş vermiş qarşıdurmaya elə kinosayağı şərh verib: "İTV-də yayımlanan namizədlərin teledebatında baş verənlər əsil vəhşilikdir. Bundan böyük biabırçılıq ola bilərmi? Çox iyrəncdir və bunun adı biabırçılıqdır. Cəmil Həsənlini qınayıram".
Baxmayarq ki, indi 21-ci əsrdir, bir sıra siyasətə yamaq olunmuş müxalif qüvvələrin ücbatından, hazırda müxalifət düşərgəsində 1988-ci illərin meydan təfəkkürü hökm sürür. Bu cür birlik və mədəniyyət səviyyələrini göstəməklə yanaşı, müxalif qüvvələr Azərbaycanda mövcud demokratiyaya xələl gətirməyə çalışırlar. Onlar yalnız xarici şirkətlərə və bir sıra qəzetlərə öz bank hesablarını reklam edərək pul dilənmək prinsipinə əsaslanan dərrakə ilə, görəsən, hara qədər gedəcəklər? Bu dəmdə yenə də siyasətə kinodan yamaq olunmuş R.İbrahimbəyov Rusiyada oturduğu halda utanmaz-utanmaz "Milli Şura" da yaranmış durumu müzakirə etdiklərini və qəti addımlar atacağını bildirir və qeyd edir: "Cəmil Həsənli çox gözəl, yüksək səviyyəli seçki kampaniyası aparır". Kim öz ayranına turş deyər? Adamın lap gülməyi gəlir. O qara hörümcək misalı lap yerinə düşər. Əhvalatı mən qısa da olsa, nəql edim, siz də öz yorumunuzu türk demişkən yapın.
Bir qara hörümçək ağ divarda gəzən qapqara öz balasını görüb deyir: "Qara divarda gəzən ağ ayaqlarına qurban olum!" Məncə, başqa şərhə ehtiyac yoxdur. Aydın məsələdir ki, müxalifət batdıqca batır, boğulduqca boğulur. Amma boğula-boğula da olsa özünə tərif oxuyur. Nəzərə alsaq ki, R. İbrahimbəyov da gözlük gəzdirir, ola bilsin Cəmil Həsənlidən o saxta pensiyadan ona da düzəltməsini istədiyi üçün, bu yalan dolu tərifi söyləyir.
Neynəyəsən, qəzetlərə vəsait toplamaq üçün verdikləri reklamdan sonra və mitinqə pul müqabilində topladıqları adamlardan sonra bu müxalifət üçün hər şeyin pul olduğunu düşünürsən.
Bir sözlə, dağıdıcı müxalifət nə qədər birləşsə də, onlar bu səviyyə ilə yumaq kimi diyirlənə-diyirlənə siyasətə ilmə kimi öz biyabırçılıqlarını həkk edəcəklər. Düzdür, bunu etdikləri zaman affekt vəziyyətdən dolayı hiss etmək və dərk etmək iqtidarında olmayacaqlar. Lakin affekt psixoloji durumları məhz 9 oktyabr prezident seçkilərindən dərhal sonra çatacaq və bu zaman onalar göyün yeddinci qatından kəllə-mayallaq düşəcəklər yerə. Bax, onda nə olacağı sual altında qalır...
Ülkər Musazadə