PDF Oxu

Müxalifət

  • 12

Müxalifətin "28" rəqəminin sirri nədir?

Müxalifətin "28" rəqəminin sirri nədir?

Fikir vermisinizsə dağıdıcı müxalifətçilər özləri üçün ən mühüm olan qərarları, tədbirləri nədənsə hansısa ayın 28-də reallaşdırmağa çalışırlar. Özlərindən soruşulsa deyəcəklər ki, "elə bir şey yoxdur, bu müxalifətə qarşı təzyiqdir, bizə belə sual verməyin və artıq bu sual verilən kimi 98 milyon 998 min nəfər müxalifətçi həbs olunub, Barak Obama Müsavat başqanına dəstək verib, AXCP sədri Əli Kərimli Putini qəbul edib və sairə və ilaxır..."

Baxın, Müsavatın ali məclisinin 28 nəfər üzvü var, üst-üstə hesablasaq İsa Qəmbərin 28 müşaviri var, AXCP sədrinin dediyinə görə, 28 rayon təşkilatı var, Müsavat qərargahında 28 otaq var, KXCP-nin ümumilikdə 28 üzvü var (bunun da 11-i Mirmahmud Mirəlioğlunun müşaviridir), keçən ayın 28-i "Milli Şura" "mühüm" qərar qəbul eləmişdi, bu ayın, yəni sentyabrın 28-i isə artıq mitinq təyin ediblər. Bu qədər təsadüf ola bilməz. Səhv eləmirəmsə, 1990-cı illərin əvvəllərində də AXCP-Müsavatın ümumilikdə 56 deputatı olub. 56:2=28, hərəsinə 28 deputat düşür, vallah, bu zırpılıqda təsadüf olmaz.

Təbii ki, bu, anormal bir şeydir. Çünki səmərəsiz şəkildə apardıqları "mübarizənin" də 28 il olmasına çox qalmayıb. Hazırda "Milli Şura"da heç 28 nəfər qalmayıb. Sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan mitinqində bundan əvvəlki kimi biabırçılıqla nəticələnəcəyi şübhəsizdir.

Amma şüuraltı deyilən bir nəsnə var. Məsələn, bu müxaliflər yığnağı fikirlərini 1918-ci ilin 28 mayına aparırdılar, ilk olaraq bundan ruhlanırdılar, ancaq sonradan bunların hər birisi bu dövlətə hər il may ayının 28-də 1918 dəfə xəyanətlər elədilər. Bütün "mühüm" tədbirlərini də "28 May"a salırdılar. Sonradan bu tarixi "28 May" metrostansiyasına köçürmək istədilər, ancaq o da "28 moll" oldu.

Bir az da keçdi, ümumiyyətlə, o rəqəm də yaddan çıxdı, bir İsa qaldı, bir Əli, bir də ki, heç kim. Bir şeyi deyim, o da yaddan çıxmasın, Sülhəddin Əkbər də "28 May"da ofis almaq istəyirdi. Buzov quyruğunu gedib-gəlib kambağıya (söyüş deyil, dialekt sözdür) sürtən kimi müxalifətçi liderlər də elə yapışıblar "28" rəqəmindən.

Təklif olunur ki, bundan sonra bütün "mühüm" tədbir və qərarlarını fevralın 29-na saxlasınlar. Çünki fevral 4 ildən bir 29 olur. Məsələn, 29 fevralda yeni bir qurum yaratsınlar. Super bir siyasi gedişdir bu. Belə ki, 100 ildən sonra İsa Qəmbərin kötücəsi Müsavat başqanı olanda o zaman həmin qurumun 100 illiyini yox, 25 illiyini qeyd edəcəklər. Bu da bütün dünyaya "nümunə" olacaq.

Haydı, iş başına...

Samir

Digər xəbərlər