Reneqat "xanım" AŞPA-da Azərbaycanın haqlı mövqeyini qoruyan deputatlara qarşı ermənipərəst qüvvələrin sifarişli təlimatlarını yerinə yetirib
Vaxtilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü olan Gültəkin Hacıbəyli haqqında onun həmin dövrlərdə sərgilədiyi davranışları və digər bu kimi hallar barədə şok məlumatlar üzə çıxmaqda davam edir. Bu gün ənənəvi və dağıdıcı müxalifət partiyalarının, reneqat fərdlərin toplaşdığı "Milli Şura" adlı qurumda təmsil olunan G.Hacıbəyli özünü "dahi siyasətçi" kimi təqdim edərək cəmiyyətə "haqq-ədalət" uğrunda "mübariz" kimi sırınmağa cəhd edir. Lakin onun barəsində yayılan informasiyalardan, vaxtilə onunla çalışıan insanların dediklərindən də bəlli olur ki, əslində, daim öz şəxsi məqsədləri naminə hətta həmkarlarına qarşı bir qadına yaraşmayan tərzdə çıxış edən Hacıbəyli AŞPA-da tərbiyəsiz küçə qadını obrazı kimi tanınıb.
Növbəti dəfə deputat seçilmədiyinə görə Azərbaycan hakimiyyətinə qarşı ermənilər qədər düşmən kəsilən G.Hacıbəyli bu gün nədənsə xalq adından danışaraq "haqların", "hüquqların" pozulması ətrafında fikirlər səsləndidir. Halbuki bildiyimiz qədər onun özü deputat olduğu zamanlarda Goranboyda fəaliyyət göstərən sahibkarlara qarşı qadına yaraşmayan əməlləri ilə seçilib. Az qala bütün rayondakı sahibkarlıq müəssisələrini deputatlıq statusundan sui-istifadə edərək əlinə keçirməyə çalışan G.Hacıbəyli buna müvəffəq olmadıqda haray-şüvənçiliklər salıb bütün diqqəti öz üzərinə yönəltməyə səy göstərib. İndi isə oturub "Milli Şura"da və "xalqın dərdini çəkən siyasətçi xanım" obrazını canlandırır. Lakin xalq bu gün onun və onun kimi digər renaqatların "göz yaşlarına" inanmır.
Ancaq G.Hacıbəyli barədə üzə çıxn ifşaedici faktlar ictimailəşdikcə onun iç üzü daha aydın şəkildə görünməyə başlayır. Görünən həqiqət isə budur ki, əgər G.Hacıbəyli növbəti dəfə deputat seçilsəydi, o, indi "Milli Şura"da deyil, cəbhənin bu tərəfində oturardı. Və nə yaxşı ki, G.Hacıbəyli növbəti dəfə xalq tərəfindən deputatlığa layiq görülmədi. Ən azından onun çirkin məqsədlərinin qarşısı zamanında alındı.
Bu gün heç kim bu reneqat "xanımın" "Mən şərəfli, ləyaqətli, xalqımı, dövlətimi sevən vətənpərvər insanam" sözünə inanmır. Çünki bu inamsızlığı onun özü yaradıb. Və bu gün özündən "müqəddəs əzabkeş" imici formalaşdırmağa, sərgiləməyə çalışan G.Hacıbəyli, yaxşı olardı ki, vaxtilə işlədiyi AŞPA-da öz deputat həmkarlarına qarşı çıxardığı oyunbazlılqar barədə açıqlamalar verərdi.
Açıqlama verərdi ki, nəyə görə o, bir zamanlar AŞPA-da deputatlarımızın nümayəndə heyətində olarkən digər üzv, professor Naira Şahtaxtinskaya ilə münaqişəyə girişmişdi? Çünki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bununla bağlı öz məqaləsində vurğulayıb ki, bu, G.Hacıbəyli tərəfindən başladılan mənasız və əsassız bir münaqişə idi: "Lakin həmin konflikt nümayəndə heyətimizin bütün işini ləngitməyə və axsatmağa başladı. Nəticəsi də o oldu ki, Naira Şahtaxtinskaya bizim komandanı tərk etdi."
Fikir verin, dəyərli oxucular. Burada qeyd edilib ki, G.Hacıbəyli tərəfindən başladılan konflikt AŞPA-dakı deputatlarımızın işini ləngitdi və axsatdı. Bu zaman G.Hacıbəyli işləri ləngitməsi ilə kimlərə xidmət etmiş oldu? Əlbəttə ki, orada təmsil olunan erməni deputatlarına. Hətta ehtimal etmək mümkündür ki, G.Hacıbəyli məhz görüntü xarakteri yaratmaqla, pafoslu çıxışlar edirmiş. Amma əslində onun məqsədi ermənilərin xeyrinə işləri axsatmaqdan ibarət olub.
Daha sonra Hacıbəyli ilə Asim Mollazadə arasında yeni münaqişə başladı. Hacıbəyli Mollazadənin ünvanına heç bir əsası olmayan ittihamlar səsləndirirdi. Bunun da nəticəsi o oldu ki, Asim Mollazadə də komandanı tərk edib Avropa Parlamentində işləməyə getdi: "Beləliklə, biz AŞPA-dakı nümayəndə heyətinin dəyərli bir üzvü kimi A.Mollazadəni də itirdik. Bütün bunlar ayıb işlər idi!"
S.Seyidov sözügedən məqaləsində qeyd edib ki, məsələ bununla da yekunlaşmayıb: "Münaqişənin üçüncü seriyası başladı. Gültəkin Hacıbəyli bu dəfə də Aynur Camalqızı ilə tutaşdı. Və Aynur Camalqızı da nümayəndə heyətini tərk etməyə məcbur oldu. Hacıbəyli sonra daha bir münaqişə yaratdı. G.Hacıbəyli ilə Qənirə Paşayeva arasında kəskin və uzun bir konflikt oldu..."
Bir daha sual edək, axı G.Hacıbəylinin mötəbər və nüfuzlu Avropa qurumundakı belə davranışlarının arxasında hansı məqsədlər dayanmışdı? Nəyə görə G.Hacıbəyli etiraf etmir ki, həmin dövrlər o, Azərbaycan əleyhinə çalışan ermənipərəst şəxslərdən təlimatlar alıb və sifarişlər həyata keçirib? Əlbəttə ki, belə etirafı etməyə onun sadəcə cürəti çatmır. Ona görə də bu gün Azərbaycan dövlətçiliyi əleyhinə yaradılmış "Milli Şura"da öz ermənipərəstliyini rahatlıqla həyata keçirir.
Onun demoqoqiya əsasında yürütdüyü bu "siyasəti" isə söz yox ki, çox tez bir müddətdə iflasa uğrayacaq. Söz yox ki, o biri reneqatlarla bir yerdə.
Rövşən RƏSULOV