PDF Oxu

Müxalifət

  • 15

"Milli Şura" nağılı bitib

"Milli Şura" nağılı bitib

Göydən üç alma əvəzinə...

"Milli Şura" ideyası yaranan andan etibarən onun hansısa real bir gücə çevriləcəyi, nəsə bir iş görəcəyi heç kimdə ümid doğurmamışdı.Çünki ideya müəllifləri alkaş, narkoman, satqın, səriştəsiz insanlar olduğu üçün onlardan yaxşı heç nə gözləmək olmazdı. Və belə də oldu...

Əvvəlcə, siyasətdən anlayışı belə olmayan Rüstəm İbrahimbəyova güclü siyasətçi donu geyindirmək istəyənlər elə birinci mərhələdəcə məğlub oldular. Belə ki, onlar-yəni İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və bəziləri R.İbrahimbəyovu cəmiyyətə siyasətçi, xalqın sevimlisi, millətin problemləri ilə maraqlanan və onları həll etməyə cəhd göstərən insan kimi tanıtmağa çalışsalar da reallıq olduğu kimi görsəndi. Reallıq isə ondan ibarətdir ki, R.İbrahimbəyov araqdan, konyakdan, çaxırdan vurub öz kefində idi. Beləcə ilk mərhələ məğlubiyyətlə nəticələndi.

İkinci mərhələdə Rüstəmçiki qondarma qurumun "vahid namizədi" kimi irəli sürdülər. Lakin Rüstəm bunların başına bu mərhələdə də oyun açdı. Özü də nə oyun...Gah dedi sabah gəlirəm, gah dedi 10 günə, gah da ki, 15 günə...Sonra da məlum oldu ki, R.İbrahimbəyov nə Rusiyadakı, nə də ABŞ-dakı yaşayış şəraitindən ayrılmaq istəmir və onu Azərbaycan heç maraqlandırmır da. İsa da, Əli də, Eldar da döydülər başlarına...

Növbəti üçüncü mərhələdə isə Ə.Kərimli ilə İ.Qəmbər lox axtarışına çıxdılar. Axırda bu lox torbasına Cəmil Həsənlini saldılar. Cəmil də lox kimi onların əlaltısına çevrilib özünü prezidentliyə namizəd kimi görməyə başladı. Lakin anlamadı ki, bu, onun məğlubiyyətidir. Beləcə, C.Həsənli düşdü bədbəxtlər siyahısına. Başladı ağzına gələni danışmağa. Heç özü də nə danışdığının fərqində deyil. Gah nala vurur, gah mıxa.Cəmildən prezident çıxmaz. Osa-olsa Novruz bayramında kosa olar. Amma yox, kosanı da bu qədər ucuzlaşdırmaq lazım deyil.

Sonda onu qeyd edim ki, hər nağılın sonunda göydən üç alma düşür. Bunların nağılında isə alma əvəzinə, daş düşdü. İndi də qalıblar daşın altında. Çətin bu daşın altından çıxa bilələr. Bu daş başqa cür daşdı.

Cahid Süleymanov

Digər xəbərlər