İsa Qəmbər iddialarından hər kəsin xəbəri var. Hansı ki, doğma dədəsinə də bu iddiaları qurban verməzdi. Necə ki, 20 ildir belə də edir, nə cür məkrli planlar varsa onları həyata keçirməyə çalışır ki, şəxsi ambisiyaları puça çıxmasın. Məhz buna görə də, Azərbaycanda normal müxalifət formalaşmır, əksinə satqınların sayı getdikcə artır.
Baxın, 1995-ci ildə İ.Qəmbər bütün Müsavatın deputatlıq mandatını öz mandatına bağlayaraq digər müxalifətçi deputatların əleyhinə seçki kompromatları hazırladı. 1998-ci ildə o, "mənəvi atamız" dediyi Əbülfəz Elçibəyin seçki platformasını lağa qoydu, müxalifətin seçkidə "vahid namizəd"lə iştirakına mane oldu, Elçibəyin xeyirinə öz namizədliyini geri götürmədi. Əlavə elədi ki, artıq Elçbəy tükənib, qocalıb. 2000-ci ildə bütün müxalifəti Müsavat ətrafında toplamağa cəhd edir, "vahid namizəd" kimi özünü qəbul elətdirir, nəhayət, məğlub olacağını görüb, "vahid blok"u parçalayır. Amma özü digər tərəfdən qazanır, ilk dəfə açıq-açığına bu xidmətinə görə "seçki mükafatı"nı alır. Fəsadlar isə ağır olur, müxalifətdə qarşılıqlı ittihamlar başlayır, əqidələr məftil kimi əyilir, qürurlar plastik alətə çevrilir.
2003-cü ildə o, 15-16 oktyabr iğtişaşlarını törətmək üçün xaricdən 3 milyon dollar alıb planını həyata keçirmişdir. Yenə də azğınlaşmış, vəzifə hərisiniə çevrilmiş 20-25 nəfər onun qurbanına çevrilir. Belə ki, İ.Qəmbər pulunu alıb evdə oturub mürəbbəli çay içir, həmin adamlar isə küçələrdə dükanlara, maşınlara hücum edib dağıdıb-tökürlər. Qanun işə düşür, polis asayişi bərpa edir. Amma Qəmbər qətiyyən mövqe sərgiləmir, yenə də çay içir. Həbsə düşən həmin o asayişi pozanlar həbsdən çıxıb birbaşa Qəmbərin otağına gəlib lopası ilə onun üzünə tüpürür. Müşavirləri istefa verir, professorlar onu tərk edir, amma o, yenə də heç nəyi vecinə almadan 3 milyonun keyfin çıxarır. Özünün gələcək biznes planlarını qurur.
2008-ci ildə bütün varlığı ilə satılıb pulu alır, ən yaxınlarını belə həbsə atdırıb, yenə də missiyasını uğurla yerinə yetirir. 2010-cu il isə, ənənəvi satqımnlığın yeni forması kimi onun siamadakı maskanı bir də cırır. Belə ki, 2010-cu ildə Müsavatın keçmiş bərpa mərkəzində özünə klinika açdırır, öz "sukasını" da ora baş həkim qoydurur. Baş həkim dərhal Müsavatdan sakitcə istefa verib hakim partiyaya üzv olur.
2013-cü ilin proqnozunu isə özü daha yaxşı bilir. Amma o da aydındır ki, cəmiyyətdə tamamən nüfuzu qalmayan, çeynənmiş saqqız kimi əqidəsini eroziyaya uğradan İ.Qəmbər elə bir adam lazım idi ki, sakit, fağır, məzlum olsun, alınarsa, lap müəllim olsun. Yəni Qəmbər kimi başdan-ayağa qədər çirkab içində olmasın. Tapıldı- Cəmil Həsənli!
Çünki Qəmbər gözəl başa düşür ki, seçkidən sonra onların vəziyyəti yaxşı olmayacaq. Digər tərəfdən təxribat törətmək bu müxalifət üçün şərt olacaq. O zaman Qəmbəryan namizəd ola bilməzdi, özünü bu cür esklərdən daima qoruyur. C.Həsənlini ortaya atıb, bütün təxribatları onun "liderliyi" üstündə həyata keçirir. Hələ ki, Qəmbərin planları uğurla gedir, Cəmil ağzına gələni danışır, ittihamlarla hüquq-mühafizə orqanlarını özünə qarşı səfərbər edir, dolayısı ilə seçkidən sonraya isə bir təxribat hazırlayır.
Baxın, Qəmbər necə gözdən itib, bir bəyanat, bir cümlə belə yoxdur. Çünki artıq iş-işdən keçib. Meydanda tək Cəmil Həsənli qalıb, seçkidən sonra isə, Cəmilə salam verməyin özü də Qəmbərin yuxusuna belə gəlməyəcək. Necə ki belə nümunələr çoxdur. Amma C.Həsənli üçün hər şey gecdir, desək də, yanılmarıq.
Samir
İsa Qəmbərin "Həsənli gedişi"