Son günlər "Ümid" partiyasının sədri İqbal Ağazadə maşın alverini kürsü ilə əvəz etmək eşqinə düşüb. Belə ki, Almaniyadan maşın gətirib Azərbaycanda satışı ilə məşqul olan, İ.Ağazadə biznesini çiçəkləndirmək üçün Ermənistan-Türkiyə sərhədinin də açılmasını istəyir. Bu, əslində, erməni ilə öz biznesinin və şəxsi maraqlarının xatirinə düşmənlə də iş birliyinə girəcək dərəcə də maşın biznesinə aludə olub. Bir sözlə, "Ümid" partiyasının ümidsiz namizədi qaçqın və məcburi köçkünlərə səslərinin ona verilməsi üçün səslənsə də, bunun arxasından ermənilərlə əməkdaşlıq etməkdən, sərhədin açılmasından danışır. Bu isə onun riyakarlığından xəbər verir.
Qeyd edək ki, qardaş Türkiyə Cümhuriyyəti Ermənistan Türkiyə sərhədlərinin açılmasının məhz Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarıldığı təqdirdə mümkünlüyünü bildirir. Lakin azərbaycanlı əsilli İqbal Ağazadə öz şəxsi şəxsi biznesi xatirinə inkişaf etməsi baxımından sərhədlərin açılmasını istədiyini "Amerikanın səsi" radiosuna da bildirib. Maraqlıdır ki, bu ermənipərəst insan Azərbaycan Respublikasının prezidentliyi iddiasındadır və "Ümid" partiyası tərəfindən namizədliyi irəli sürülən şəxsdir.
İ.Ağazadənin maraqları naminə dövlətçiliyə və dövlətin əleyhinə çıxışlarını qoyaq kənara, bu insan öz platformasından danışarkən, açıqca etiraf edir: "Mənim platformam hakimiyyətin platformasından fərqli olaraq Türkiyə Ermənistan sərhədlərinin açılmasının tərəfdarıdır və biz partiya olaraq bunu prioritet hesab edirik".
İQBAL AĞZADƏ SATQINLARLA İŞ BİRLİYİNDƏ
"Ümid" partiyasının sədri İqbal Ağazadənin bir neçə vaxt öncə öz dili ilə dediklərini xatırlasaq, onun vətənə və millətə xəyanət etmiş insanlarla iş birliyində olduğunu görərik. Belə ki, İ.Ağazadə mütəmadi olaraq, özünün də dediyi kimi, Əli İnsanovla danışır və onunla çox da yaxşı münasibətləri olduğunu bildirir. Mətbuata verdiyi müsahibəsində Ə.İnsanovla bağlı belə deyib: "Mən bu tipli məqamlarda insanları müdafiə etməyə çalışmışam. İnsanları müdafiə etməyim cinayəti, cinayətkarlığı müdafiə etmək deyil. Faciə olanda insanlara dayaq durmaq lazımdır. Azərbaycan siyasətçisi qəzəblidir və kinlidir". Daha sonra dostlarını sadalayarkən bildirib: "İsa Qəmbər də dostumuzdur. Niyə də dostumuz deyil? Arif Hacılı da, Pənah Hüseyn də, İbrahim İbrahimli də dostumuzdur. Rauf Arifoğlu ən böyük dostumuzdur. Əli Kərimli ilə də çox xoş münasibətlərimiz var".
Sonra Azərbaycanda min bir fırıldaq sahibi olan, Elşad Abdullayevlə dəfələrlə görüşdüyünü etiraf edən İ.Ağazadə bu gün görəsən nə üzlə xalqın qarşısına çıxır? Bu da "Ümid" partiyasının sədri İqbal Ağazadənin əsil siması. Məncə, daha artıq şərhə ehtiyac yoxdur.
ÜLKƏR