PDF Oxu

Müxalifət

  • 4

Leyla Yunus "müalicə"dən qayıtdı

Leyla Yunus "müalicə"dən qayıtdı

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus çoxdan idi ki, yoxa çıxmışdı, boğçasını götürüb baş götürüb xaricə getmişdi, uzun müddət idi ki, səsi-sorağı da gəlmirdi. Dünən Azərbaycana gəlib, amma yenə də köhnə ampluasındadır. Gələr-gəlməz mətbuata açıqlama verib ki, Azərbaycanda müharibə gedir.

Söhbət hansı müharibədən gedir, bunu L.Yunus özü də bilmir. Lakin adama sual verərlər ki, yaxşı, tutaq ki, müharibə gedir, bu müharibənin də 9 oktyabrda bitəcəyi məlumdur, bəs sən utanmadınmı ki, dostlarını qoyub xaricə getdin və müharibənin axırında, özü də dostlarının məğlub olduğunu görüb qayıdıb gəlmisən? Bu vaxta qədər harda idin?

L.Yunus ardınca deyir: "Yaxşılıqla pislik vuruşur. Kim ön cəbhədə vuruşursa, onlar çətin vəziyyətdədirlər. Müharibədə orduya dəstək olmaq üçün təkrar formalaşdırılmış ehtiyat fond olur. Mən də müalicə olunmuşam və onlara kömək olmaq üçün ön cəbhəyə qayıtmışam". Bu adamın açıqlamasından bilinir ki, hələ sağalmayıb, o, mənəvi xəstə olduğunu unudaraq, fiziki xəsətliyinin sağaldığını iddia edir. Özünü ehtiyat fond adlandıran L.Yunusun nəsə bu "fond" sözündən də xoşu gəlir. Həmişə ya hansısa fonddan qrant alır, ya kiminsə fonduna burnuna soxur, ya da hər ay bir fond yaradır.

L.Yunus bir az da irəli gedərək danışır: "Həkimlər məni müalicə etdi. Dedilər ki, tam olaraq işləmək üçün gücüm var. Sağlamlığım yerindədir". Guya xəstə imiş, həkimlər də deyiblər ki, daha sağalmısan, get, işlə! Bu, lap orta məktəb uşaqlıarının bəhanələrinə bənzəyir: "Ay müəllim, xəstə idim, həkim dedi ki, kitab oxuma, gözün ağrıyar, ona görə dərsimi oxumamışam." Guya qayıdıb ki, siyasi proseslərdə fəal iştirak etsin.

Amma bunu hər kəs bilir ki, Rüstəm İbrahimbəyovun müxalifəti aldatmasından sonar bir neçə müxalif funksioner depressiyaya düşdü, ümumiyyətlə, daha müxalifət cəbhəsinə yaxın getmədilər. Onlardan biri də L.Yunus idi, o birilərindən fərqli olaraq o, hələlik, geri dönüb. Çünki yenə də kiminsə yağlı vədlərinə inanıb.

Həm L.Yunus "həkim dedi ki, sağalmısan, işləyə bilərsən" deməsi bəlkə də bir paroldur. Bu qadından nə desən çıxar. İndi adətdir axı, müxalifətçi xaricə gedir, gəlib deyir ki, "möhtəşəm görüş" keçirdim." L.Yunus da kiminləsə "möhtəşəm görüş" keçirməkdən yəqin ki, məhrum olmayıb. Elə "həkim dedi ki, sağalmısan, işləyə bilərsən" deyəndə də yəqin həmin "möhtəşəm görüş"ün sahibini nəzərdə tutur.

Samir

Digər xəbərlər