PDF Oxu

Müxalifət

  • 13

"Milli Şura" Cəmil Həsənlidən imtina edə bilər

"Milli Şura" Cəmil Həsənlidən imtina edə bilər

Niyaməddin Orduxanlı: "Cəmil Həsənli namizədlərin şərəf və ləyaqətini təhqir edən ifadələr səsləndirməsinə görə qanun qarşısında cavab verməlidir "

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin teledebatı zamanı "Milli Şura"nın namizədi Cəmil Həsənli namizədlərin şərəf və ləyaqətini təhqir edən ifadələr səsləndirir, şər və böhtan xarakterli ittihamlar irəli sürür.Bu isə Seçki Məcəlləsinin tələblərinə ziddir. Qanunvericiliyə əsasən məsuliyyət yaradır. BAXCP sədr müavini Niyaməddin Orduxanlı "Səs" qəzetinə açıqlamasında bildirdi ki, "Milli Şura"nın namizədi Cəmil Həsənlinin populizimə üstünlük verir, çıxışlarını yalan və böhtan üzərində qurur: "C.Həsənli hesab edir ki, ictimaiyyətə hesablanmış bu cür uydurma yalanlarla xalqın diqqətini cəlb edə biləcək. Yəni, C.Həsənlinin çıxışı cəmiyyətin diqqətini özünə cəlb etməyə hesablanıb. Amma bu, heç vaxt reallığa çevrilən deyil".

N.Orduxanlının sözlərinə görə, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı C.Həsənlinin namizədlər haqqında təhqiramiz fikirlər səsləndirməsi onun əxlaqi keyfiyyətinin hansı səviyyədə olduğunu göstərir: "Təbii ki, C.Həsənli namizədlərin şərəf və ləyaqətini təhqir edən ifadələr səsləndirməsinə, şər və böhtan xarakterli ittihamlar irəli sürməsinə görə, qanun qarşısında cavab verməlidir. Çünki bu, birbaşa qanun pozuntusu hesab edilir".

N.Orduxanlı onu da bildirdi ki, bu gün Azərbaycan dövlətini əldə etdiyii uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr mövcuddur. Əsasən, müxalifət düşərgəsini təmsil edən qüvvələr daha çox xaricdə olan qüvvələrin diqtəsi ilə oturub-durur. Yəni, bu, bir növ müxalifətyönümlü qüvvələrin bu cür hərəkətlərə əl atması xarici qüvvələrin tapşırığı ola bilər. Ümumiyyətlə, "Milli Şura"nın namizədi Cəmil Həsənli bu cür çıxışları daha çox özünü gündəmdə saxlamaqa üçün hesablanıb: "Demək olar ki, C.Həsənli Azərbaycanı sevməyən qüvvələrin maraqlarına xidmət edir. Amma bununla o, xalqın gözündən tamamilə düşmüş olur. C.Həsənli bu fikirləri ilə Cənab Prezidenti deyil, xalqı təhqir etmiş hesab olunur. Ancaq bir reallıq görünür ki, oktyabrın 9-da sonra C.Həsənli heç kəsin yadına düşməyəcəkdir. Seçkilərdə C.Həsənli xalqın heç bir faiz səs qazana bilməyəcək".

GÜLYANƏ

Digər xəbərlər