Niyaməddin Orduxanlı: ""Milli Şura"dan Mitinq Komitəsinin sədri və Əli Kərimlinin müavini Asəf Quliyevin istefasından sonra da xeyli sayda insanlar istefa verəcək"
Baş verən kütləvi istefalara əsasən demək olar ki, "Milli Şura" dağılmaq üzrədir. İki gün öncə "Milli Şura"nın Mitinq Komitəsinin sədri və AXCP sədrinin müavini Asəf Quliyevdə şuranın sədrliyindən və Əli Kərimlinin müavinliyindən istefa verdi. Baş verənlər artıq "Milli Şura"nın tarixinin arxivinə atılmaq üçün hazır olduğunu deməyə əsas verir. BAXCP sədr müavini Niyaməddin Orduxanlı da Səs" qəzetinə açıqlamasında bildirdi ki, "Milli Şura" adlanan qurum çoxdan dağılıb: "Rüstəm İbrahimbəyov Bakıya qayıtmadığı gündən sonra bu qurum faktiki dağılmış hesab edilir. Hanı bütün günü mətbuatdan düşməyən və hakmiyyəti məğlub edəcəyini bildirən Rüstəm İbrahimbəyov? Hanı bütün günü xarici ölkələrə səfər edən və bir neçə partiyanı aldadıb bu quruma cəlb edən Eldar Namazov? İsa Qəmbər və Əli Kərimli çox yaxşı başa düşdülər ki, Rusiyanın layiəsində "dəyənək" rolunu oynadılar. Və bundan sonra bu adamların missiyası başa çatdı. Bu vəziyətdən çıxış rolunu "dublyor" namizəd C.Həsənlini irəli verməklə bu seçkinin bütün məsuliyyətini onun üzərinə qoydular. İ.Qəmbər yaxşı bilir ki, C.Həsənlinin prezident seçilmək şansı sıfıra bərabərdir. İstefalar da bu səbəbdən başlayıb. "Milli Şura"dan mitinq komitəsinin sədri və Ə.Kərimlinin müavini Asəf Quliyevin istefasından sonra da xeyli sayda insanlar istefa verəcək. Bu adamlar yaxşı başa düşür ki, cəmiyyət dağıdıcı müxalifətə dəstək vermir. Mitinqə gələnlər birbaşa həmin təşkilatların yaxın qohumlarıdır. Bu seçkidən sonra da Ə.Kərimlinin ətrafındakı şəxslərin böyük əksəriyyəti istefa verəcək. Tezliklə cəmiyyət bunun şahidi olacaq. Radikal siyasət iflasa məhkumdur və orda olan gənclərə demək istəyirəm ki, özünüz düşünün Ə.Kərimlinin uzun müddət müavini işləmiş bir adam ondan imitina edib, uzaqlaşırsa, onun yanında qalıb fəaliyyət göstərməyə dəyərmi? İmkan verməyin ki, həmişə olduğu kimi bu səfərdə sizin hisslərinizlə oynasınlar. Səhvlərinizin ağır nəticəsi olaraq, sizlər də həbsxanaya düşə bilərsiniz. Sonra çox peşman olacaqsınız".
GÜLYANƏ