PDF Oxu

Müxalifət

  • 13

"Do svidaniya" bu dəfə lap pis dedi

"Do svidaniya" bu dəfə lap pis dedi

Məşhur meyxanaçılar var, iki qardaşdılar, İntiqamla Ehtiramı tanımayan yoxdur. Təxminən bir il əvvəl bu iki qardaş "Tı kto takoy, davay do svidaniya" meyxanası ilə gündəmi zəbt eləmişdilər. Rusiyanın ucqar vilayətlərindən tutmuş bütün regiona sürətlə yayılmışdı bu meyxana, kimin kimdən xoşu gəlmirdisə, "davay do svidaniya" deyib, keçib gedirdilər. Amma bir neçə gün əvvəl İntiqamla Ehtiram "Tı kto takoy"u çıxarıb yerinə "müxalifət" qoydular: "Müxalifət, davay do svidaniya." Belə baxanda pis də alınmayıb, hələ həmqafiyə olan sözlər lap yerinə düşür. Ancaq məsələ bu meyxananın poetik çəkisinə qiymət yox, müxalifət cəbhəsinin buna verdiyi reaksiyadır.

Bəri başdan deyim ki, sosial şəbəkələrdə geniş yayılan bu meyxana elə bil ki, müxalifətin məğlubiyyətini möhürlə, ştampla təsdiqləmiş oldu. Bəs müxalifətçilərin reaksiyası necə oldu!? Bunu hər kəs bilir ki, əgər müxalifətçilərin əlində hakimiyyət olsa, adamın dərisinə saman təpərlər, bütün günü milləti rüsvay eləyən bu cür müxalif tiplər özlərinə qarşı tənqid eşidəndə elə bil ki, üzünə söyürsən.

Müxalifətçilər Facebookda "Human Times" və "AzTV-dən seçmələr" profillərində bu meyxananı paylaşıb, sonra başladılar öz mənəviyyatlarına uyğun şərhlər yazmağa. Kimin üzünə hər gün hansı söyüş deyilirsə, onlar da başladılar həmin sözləri meyxanaçıların ünvanına səsləndirməyə. Bir sürü ateist sürüsünün yazdığı şərhlər açıq-aydın bir daha göstərir ki, bu millətin düşmənləri elə müxalif tör-töküntülərdir. Özlərini savadlı göstərmək xatirinə öz valideynlərini belə alçaltmaqdan çəkinməyən bu tiplər hansısa meyxanaçıya nə baxır!

Lap tutaq ki, bu meyxana yazılıb, özü də müxalifətin əleyhinə. Bəs buna görə meyxanaçıları təhqirmi etmək lazımdır? Axı, ay ağbirçək müxalif "kişi"lər, danışanda deyirsiz ki, demokratiya, söz azadlığı istəyirik, sərbəstlik istəyirik, nə oldu bəs!? Görün indi sizlər bu ölkədə hökm sahibi olsanız nə qələtlər edərsiniz.

Məsələnin başqa bir tərəfi bir neçə cinsən qadın olub əslində özünü "Ziba" kimi aparanlardır. Bütün günü metro qabağında "More" piləyib rep deyən, başları xoruz pipiyindən fərqlənməyən gədələrə qoşulan bu cür qızlar həm karyera, həm şəxsi həyatında iflasa düçar olanlardır. Çünki ali məktəbə qəbul olanda özünü "modern" göstərən insanların bütün varlığı sözün bütün mənalarında iflasla nəticələnir. Ya bunların ata-anaları, hörüklərindən tutub bir divara mıxalayn qardaşaları yoxdur, ya da elə çıxdıqları ev-eşik o gündədir, bu da ənənəni davam elətdirir.

Hər halda insan əsəblərinə hakim ola bilmir, ona görə onların bəzi hərəkətlərinə elə öz dillərinin azacıq örtülü şəklində cavab verdim, hansı ifadə xoşunuza gəlmədisə, həmin müxalifətçilərdən başqa hər kəsdən üzr istəyirəm.

Sosial şəbəkələrdə müxalifətçi gənclərinin bir neçəsinin profil adlarını çəkib sağollaşmaq yerinə düşərdi: "Pessimistka Balaşka", "Prosto dostoynu brat", "Balam harda, mən də orda", "Rədd olsun insanlıq", "liçni devuşka", Prosto krasavçik bedo" və sairə və ilaxır. İndi özünüz baxın, bu cür ad sahiblərindən hansı dəqiq və vicdanlı şərh gözləmək olar!?

Samir

Digər xəbərlər