PDF Oxu

Müxalifət

  • 27

Seçkidə Şahvələdin vələdi dönmüşdü

Seçkidə Şahvələdin vələdi dönmüşdü

Seçki günü hər kəs kimi "müxalifətin çobanı" da səs verirdi. Səhv başa düşməyin, bir adamın ki, soyadı "Çobanoğlu" ola, ondan ancaq mal-qara hərəkətləri gözləmək olar və məcbursan ki, çoban haqqında da qamçıfason danışasan.

Deməli, Şahvələd Çovanoğlu 9 saylı Binəqədi II seçki dairəsinin 2 saylı seçki məntəqəsində öz namizədinə səs verməyə gəlmişdi. Ancaq elə gəlmişdi ki, elə bil boşanma davasına gəlmişdi, atalar demişkən, "bir əlində od, bir əlində küləş". Hər kəs onun kirpi saçlarının altında görsənən, alnının üst hissəsində yaranan qisas qırışlarını görürdü, dodaqlarını da evdən küsmüş uşaqları kimi büzüb məntəqəyə girməsi isə başqa bir aləm idi. Elə bil məntəqə bunun babasının mətbəxidir. Şəxsiyyət vəsiqəsini verdi, məntəqə işçiləri də vəsiqəni qeydə alıb, ona imza atdırdılar, sonra türkün məsəli, əlinə bülleten verdilər ki, səsvermə otağına getsin. Elə həngamə də bununla başladı. Şahvələd səsini başına atıb sinəsini cırdı ki, siz mənə başqasının bülletenini verirsiz. Nə qədər ağılsız ittiham olsa da, ancaq o bunu etməli idi, çünki qabaqlarında yedikləri qatığı belə ağ görməyi bacarmayan bu cür tiplərin təxribat yaratmaq adətləridir.

M.Ə.Rəsulzadə qəsəbəsinin bütün sakinləri şahid oldular ki, Şahvələd istəyirdi ki, təxribat elə müxalifətçi funksionerlərdən biri kimi onu əli ilə baş tutsun. Bütün məntəqə bir tərəfə, Şahvələd bir tərəfə qalandan sonra onu güclə başa salıb səsvermə otağına göndərə bildilir. Qıraqdan görünürdü ki, Şahvələd bülleteni qutuya elə atdı ki, elə bil topa güllə qoyur.

Şahvələd kimilər demək olar ki, əksər məntəqələrə səpələnmişdilər. O məqsədlə ki, bir şey tapıb ucundan yapışıb getsinlər, nəticədə də, dava-dalaş düşsün. Amma şükürlər olsun ki, millət bu şər-xatadan da uzaq oldu.

Hələ o vaxtı "Gündəlik Azərbaycan" qəzetində Ş.Çobanoğlu işə gələndə deyirdilər ki, ələkçinin qıl verəni gəldi. Belə baxanda, Şahvələd indi də bu missiyanı uğurla davam elətdirir. İsasından tutmuş Əlisinə, ordan da Cəmilindən tutmuş Rüstəminə qədər hamısına qıl verir. Zalım uşaqlarının hamısının adı dini-müqəddəs adlar olduğundan, yəqin Şahvələd də elə bilir ki, peyğəmbərə-imama (əstəğfürullah) xidmət edib qıl verir. Allah şəfasını versin Şahvələdin!

Samir

Digər xəbərlər