PDF Oxu

Müxalifət

  • 45

Şər uduzduqca quduzlaşar

Şər uduzduqca quduzlaşar

Xalqımızın 9 oktyabr qələbəsi çox şeyə aydınlıq gətirdi, həm simasını gizlədən şər qüvvələrin görünməyən başqa sifətləri ortaya çıxdı, həm də bütövlükdə Azərbaycan bir daha öz seçimini etdi. Bu məmləkətdə yaşayan hər bir azərbaycanlı dövlət rəhbərini seçdi, hər bir vətəndaş Preizdentinə sadiqliyini nümayiş etdirdi və hər bir kəs sübut elədi ki, ölkəmizdə şər qüvvələrə yer yoxdur.

Ancaq atalar "şər uduzduqca quduzlaşar" deyib, acı məğlubiyyətə düçar olan şərin bədxah əməllərindən də qorunmaq lazımdır. Necə ki, artıq seçki günü başa çatmamış müxalifətçilər bütün məntqələrdə bəyan edirdilər ki, biz seçkidən sonra ölkədə qan salacağıq. Seçki günü öz qulaqlarımızla eşitdiklərimiz söz hər birimizi təəccübləndirdi. İnsanların bir nəfər kimi dövlət başçısına səs verdiyini görən müxalifətçilər 11 saylı Qaradağ Seçki Dairəsinin 9 saylı məntəqəsinin qabağında başladılar səs-küy salmağa, xüsusilə, səs verməyə gələn dövlət qurumlarının əməkdaşlarının ünvanlarına eyhamlı sözlər deməyə. Ancaq bizi təəccübləndirib, bizdə təəssüf hissi doğuran İlham adlı müsavatçının YAP üzvlərinə dediyi söz oldu: "Biz seçkidən sonra qan salacağıq, kimsə ölməsə sakitləşməyəcəyik, ən azı jurnalist ölməlidir ki, qisasımızı alaq."

Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində 321 saylı orta məktəbdə yerləşən seçki məntəqəsində müşahidə aparan xarici müşahidəçini AXCP üzvünün təhqir etməsi nəzərimizdən yayınmadı, polsiləri görən kimi özünü yığışdıran cəbhəçinin "Ha, ha, ha, nə qədər pul almısız?" deyə soruşduğunu eşitdik. Xarici müşahidəçinin tərcüməçisi bu cümləni ona tərcümə edəndə qadın müşahidəçinin məsum baxışları cəbhəçinin üzünə zilləndi, amma verdiyi cavab da pis olmadı: "Bilinir ki, müxalifətçisən, ənənəvi saxta ittihamlarınızdan əl çəkin." Gərək bizim müxalifət papağını göyə atıb sevinsin, çünki xarici müşahidəçilər də onların ənənəvi xarakterini gözəl bilir, onların simalarına bələddirlər.

Seçki günü axşam Cəmil Həsənli "Azadlıq" radiosunda deyirdi ki, bizim bundan sonra planlarımız var, hələ ki, açıqlamırıq. Sonra dinləyici ona sual verdi ki, siz necə hakimiyyətə gələcəksiz? C.Həsənlinin cavabında həm intiqam, həm də kobud ümid hissi var idi: "Hər nə yolla olursa-olsun, gələcəyik."

Bəs görəsən, C.Həsənli "hər nə olursa-olsun" deyəndə terroru da nəzərdə tutubmu? C.Həsənli, bunudamı edər müxalifətçilər? Hər hansı yolla hakimiyyətə gəlmək mümkün olsa idi, əlbəttə ki, müxalifətçilər çoxdan özlərini pis yollara salıb gələrdilər. Sadəcə, ayıbdır. Məğlubiyyəti qəbul edib evinizdə oturmaqdan başqa yolunuz yoxdur.

Samir

Digər xəbərlər