PDF Oxu

Müxalifət

  • 23

Müxalifət təxribatlar planlaşdırır

Müxalifət təxribatlar planlaşdırır

Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkilərində dövlət başçısı Cənab İlham Əliyevin xalqın səsi ilə prezident seçilməsindən sonra ölkəmizə qarşı təxribatlar da səngimək bilmir. Belə ki, seçkiöncəsi təxribatlar törədəcəkləri ilə bağlı vədlər verən bir sıra daxili və xarici düşmənlərimiz cəmiyyəti çaşdırmağa cəhd edirlər.

Dünyanın nüfuzlu, əsas beynəlxalq qurumları, dövlətləri Azərbaycandakı seçkiləri tanıdı, seçkilərin şəffaf keçirildiyini bəyan elədi. Bildirdilər ki, hətta dünyanın ən demokratik ölkələrində belə keçirilən seçkilər nöqsansız ötüşmür, Azərbaycanda da keçirilən demokratik prezident seçkilərində xırda nöqsanlar nəticəyə heç bir təsir göstərməyərək seçkinin şəffaflığını sual altına almır və ala da bilməz. Hər şeydən öncə, xalq hakimiyyətin mənbəyi olduğundan xalqın səsi də ən vacib şərtdir və Azərbaycan xalqı da səsini ən layiqli namizədinə verdi.

Ancaq bütün bunlarla yanaşı ABŞ Dövlət Departamentinin, eləcə də bir sıra qurumların Azərbaycandakı seçkilərlə bağlı sərgilədiyi mövqeyi təhrif edib cəmiyyətə başqa formada çatdırmaq istəyən qüvvələr də var. Həmçinin ATƏT-in ikili münasibəti də bu qəbildən atılan addımlardan biri oldu. Hər halda ATƏT öz "Minsk elçiləri"ndən fərqlənə bilməzdi, elçisi bərbad olanların özləri də başqa cür ola bilmləzlər. Hətta rəsmi bəyanatları, press-relizləri belə saxtakarlıqla dəyişdirən daxili düşmənlərimiz bütün olmaz variantlara əl atırlar. Seçkidə məğlub olan müxalif liderlərin təhdid, hədə dolu çıxışları, təxribat dolu çağırışları da Azərbaycanda vəziyyəti gərginləşdirməyə və cəmiyyətdə hakimiyyətə qarşı mənfi rəy yaratmağa hesablanıb. Təsadüfi deyil ki, oktyabrın 12-də "Milli Şura"nın keçirəcəyi mitinqlə bağlı müxalif liderləin çağırışları sionist çıxışlardan heç nəyi ilə fərqlənmir.

Digər tərəfdən, bir sıra nüfuzlu şəxslərin adından "seçkinin nəticəsini tanımadı" kimi saxta məlumat yayan müxalifyönümlü portallar, internet qəzetlər də bu çirkin amalın bir tərkib hissəsi olmaqla, təxribatçılığa yönəlmişdir. Eləcə də, "biz hər yolla bu hakimiyyəti dəyişəcəyik" fikri müxalif lidelərin çirkin niyyətlərinin bariz ifadəsidir.

Şübhəsiz ki, oktyabrın 12-dən başlayaraq müxalif qüvvələr şəhərin bir neçə istiqamətində təxribat törətməyə cəhd edəcəklər. Bizdə olan informasiyalara görə, müxalifətin 12 oktyabr aksiyasında polislərlə mitinq iştirakçıları arasında ixtilaf salmağa, dava-dalaş törətməyə faktiki hazırlıqlar görülür. Mənbə onu da bildirir ki, bir neçə şəxsin əli ilə mitinq başlayandan bir neçə dəqiqə sonra təxribat törədilməlidir.

Bütün bunlara görə, istər dövlət qurumları, istər cəmiyyət, hər bir azərbaycanlı heç bir təxribata getməməlidir. İnsanlar öz işləri məşğul olmalı, sionist çağırışlara uymamalı, müvafiq qurumlar isə həmişəki kimi bu tipli niyyətlərin qarşısının alınması üçün səfərbər olmalıdır.

Dağıdıcı müxaliflər isə, konstruktiv müxalifət kimi, ən sivil və mədəni yolla məğlubuyyəltərini etiraf etsələr, heç də pis olmaz. Çünki bundan sonra atacaqları addımlarla bağlı etdikləri çıxışlar onların özlərinin azadlığını şübhə altına almış olur.

Samir

Digər xəbərlər